Əməyin mühafizəsi üzrə mühəndis

  • Burger King
  • Elanın qoyulma tarixi: 05.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • 25-45 yaş arasında;
  • Müvafiq sahədə ali təhsil üstünlükdür;
  • Səlis azərbaycan və rus dili bilikləri,ingilis dili -arzuolunandır;
  • Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Əməyin mühafizəsi üzrə müvafiq sertifikatlara sahib olmaq;
  • Əməyin mühafizəsi üzrə təlimatlarının hazırlanması;
  • ISO 45001-2018-in əsas prinsipləri ilə tanış olmaq;
  • Əmək qanunvericiliyi üzrə yaxşı biliklər;
  • Microsoft Office proqramları üzrə yaxşı biliklər;
  • İşgüzar nitq və yazışma qabiliyyəti;
  • Danışıqlar,qərar vermə və təqdimat bacarıqları;
  • Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • İdarəçilik və problemlərin həll etmə bacarıqları;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Əsas vəzifə və öhdəliklər:

  • Xidmət sahəsində, bölmələrdə və ərazidə təhlükəsiz və sağlam əmək şəraitinin təmini üzrə aparılan işlərə rəhbərlik edir;
  • Sağlamlıq və təhlükəsizlik proseslərini idarə edir;
  • Şirkətin bütün  işçi heyətini  təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin edir;
  • İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qabaqcıl təcrübələri müəssisədə həyata keçirməyi, iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik, o cümlədən yanğından mühafizə üzrə müvafiq normativ hüquqi aktların tələblərindən irəli gələn məsələlərin icrasını təmin edir;
  • İş yerlərində gündəlik, həftəlik, aylıq, rüblük və illik (ümumi və detallı) yoxlamaların (inspeksiyaların) aparılması;
  • Əmək qanunvericiliyi sisteminə daxil olan normativ aktların tələblərini, aparılan işlərin həcmini nəzərə alaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi üçün təkliflər verməyi, iş yerində baş verən bədbəxt hadisələrin səbəblərinin təhlili və qarşısını almaq üçün tədbirlər planı hazırlayır və onların həyata keçirilməsini təşkil etməyi, iş yerində əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməyi təmin edir;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməyi, müəssisənin müvafiq sənədlərinin əməyin mühafizəsi və təhlükəsizlik norma və qaydalarına uyğun tərtib edilməsində iştirak etməyi, əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasıni təmin etməyi, xidmət sahəsində ətraf mühitin çirkləndirilməsinin qarşısını alınması üçün müvafiq tədbirlərin görülməsini təmin edir;
  • İşə götürülənlərlə giriş təlimatını aparmağı, işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin, təkrar və növbəti təlimatlandırmağı, əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında işçilərə köməklik etməyi, xidmət sahəsində,avadanlıq və s. cihazlarda işçilərin həyatına və səhhətinə təhlükə yaradan hallar aşkar olunduqda, işin davam etdirilməsini dərhal dayandırmağı, təhlükəsiz qayda və normaların pozulmasına yol vermiş işçilər barədə tədbir görülməsi üçün rəhbərliyə dərhal yazılı məlumat verməyi, işçilərin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməyi təmin edir;
  • Müvafiq təlimatların işlənib hazırlanmasında, istehsalatda bədbəxt hadisələrin araşdırılmasında, əl əməyinin, ağır və zərərli işlərin kompleks mexanikləşdirilməsinə, həmin işlərin ixtisara salınması üzrə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxır və lazımi ölçülər götürməyi öhdəsinə götürür;
  • İşçi həmçinin sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına, əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə; səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına, havalandırma və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət edir;
  • İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına, işçilərin əməyin mühafizəsi təlimlərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə, istehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına, işçilərə xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin verilməsinə, həmin vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və işçilər tərəfindən iş zamanı xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin istifadə olunmasının təmin edilməsinə, əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi məsələlərindən irəli gələn digər hallara nəzarət edir;
  • Birbaşa rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

CV göndərərkən mövzu yerinə vakansiyanın adı  qeyd olunsun.