Mal-material və Əmək haqqının hesablanması üzrə Mühasib

  • Burger King
  • Elanın qoyulma tarixi: 22.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • 25-35 yaş arasında;
  • Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat);
  • Azərbaycan dili üzrə mükəmməl biliklər (Rus dili bilənlərə üstünlük verilir);
  • Minimum 2 il mühasibat sahəsində iş təcrübəsi;
  • Mühasibat uçotu üzrə biliklər;
  • Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
  • 1 C 8.3 və İİKO proqramlarında sərbəst işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq,diqqətli və komandada işləmək bacarığı.

Əsas vəzifə və öhdəliklər:

  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını  təmin edilməsi;
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlanması;
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edilməsi;
  • Daxil olan sənədlər əsasında (İnvoice və.s) İİKO proqram təminatında mal-materialların faktiki maya dəyərinin formalaşdırılması və aylıq yoxlanılması;
  • Müəssisəyə məxsus olan mal-materialların uçotunun aparılması;
  • Anbara daxil olan malların qeydiyyatının aparılmasının yoxlanılması;
  • Anbar mal çıxışının nəzarət edilməsi və sənədləşdirilməsi;
  • Mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
  • Əmək haqqı,məzuniyyətlərin və xəstəlik vərəqələrinin hesablanması;
  • İstifadə edilməmiş məzuniyyət günlərinin hesablanması;
  • Mühasibat məlumatlarını 1C bazasına vaxtlı-vaxtında işlənməsi;
  • Restoranlarda aparılan inventarizasiya nəticələrinin nəzarət edilməsi;
  • Rəhbərliyin tapşırdığı işlərin icrası.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Əmək haqqı-1000-1500 azn;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.