İnsan resursları üzrə mütəxəssis

  • Veliev MMC
  • Elanın qoyulma tarixi: 10.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəlikləri:

  • Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək;
  • İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət və s. əmrləri hazırlamaq;
  • Məlumatların Elektron Hökumət Portalına daxil etmək;
  • Kadr uçotunu aparmaq, İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq, Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
  • İşçilərin disiplininə və dəvamiyyətinə nəzarət edilməsi;
  • İşçilərlə bağlı sənədləşmələrin aparılması üçün müvafiq proses və proseduraların hazırlanması və həyata keçirilməsini təmin edir;
  • Gərəkli sənədləşmə işlərini həyata keçirmək.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1-3 ilədək iş təcrübəsi;. 
  • Komandada işləmək bacarığı;
  • Diqqətli və məsuliyyətli olmaq;
  • Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri
  • İş rejimi: 6 günlük
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "İR üzrə mütəxəssis" qeyd edərək göndərə bilərlər.