Satınalma üzrə mütəxəssis

İşin təsviri

Vəzifələr:

  • Satınalma proseduruna uyğun olaraq tədarükçülərin araşdırılması və alış prosesi üçün uyğun rəylərin verilməsi;
  • Malların sifarişinin (xarici və yerli istehsal) hazırlanması və tədarükçülər ilə danışıqların aparılması;
  • Daxili və xarici satınalma fəaliyytinin həyata keçirilməsi;
  • Tədarükçülər ilə mal-material qiymətləri barədə danışıqlar aparılması və qiymətlərin analizi;
  • Daşınmalarda nəqliyyatın təşkili üçün əlaqəli şöbə ilə kordinasiya qurulması; 
  • Daxili satınalma sifarişlərinin toplanması və sənədləşdirilməsinin həyata keçirilməsi;
  • Malların müəssisəyə daxil olması zamanı anbara boşaldılması prosesində iştirak edilməsi;
  • Malların müəssisəyə daxil olması zamanı siyahı üzrə təchizat anbarına mədaxil edilməsi;
  • Gündəlik, aylıq və rüblük olaraq satınalma hesabatlarının struktur bölmə rəhbərinə təqdim edilməsi;
  • Tələb edilən mal-materialların yerli və xarici bazardan araşdırılması, təkliflərin hazırlanması və alınmış malların anbara daxil olana qədərki dövrün əlaqəli şöbələrlə birlikdə izlənilməsi.  

Namizəd üçün tələblər:

  • Ali təhsil (uyğun sahə üzrə);
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
  • Microsoft Excel, Microsoft Word komputer proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili və Rus dili bilikləri əla səviyyədə (İngilis dili biliyi üstünlükdür);
  • Komanda ilə işləmə bacarığı;
  • Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
  • Nizam-intizamlı, məsuliyyətli olmalı.
  • Analitik düşüncə və problem həll etmə bacarığı.

İş şərtləri:

  • Əmək haqqı: razılaşma yolu ilə
  • İş yeri: Sumqayıt şəhəri
  • İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü)

Namizədlərdən CV-lərini mövzu yerində "Satınalma üzrə mütəxəssis" yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.