Turizm üzrə satış nümayəndəsi

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə ən azı 2-3 il təcrübə;
  • Azərbaycan, rus və ingilis dillərində səlis danışıq qabiliyyəti;
  • Müştəri ilə işləmə bacarığına sahib olmaq;
  •  Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Dinləmə, inandırma və münaqişələrin həlli bacarıqları;
  • MS Office proqramlarından (word/excel), satış sistemlərindən yaxşı istifadə etmə bacarığı, 1C - arzuolunandır;
  • Stresə davamlılıq və emosiyalarını idarə etmə bacarığı;
  • Kompüterdə çevik işləmə qabiliyyəti.

Vəzifə öhdəlikləri:

  • Sifarişlərin qəbulu və  sistemində yerləşdirilməsi;
  • Turların hazırlanması, fərdi və qrup turların təşkili;
  • Amadeus, Travelport, Sirena Travel, Galileo kimi qlobal distribyutiv sistemlərdə işləmə bacarığı və satışları təşkil etmək;
  • B2B sistemdən otellərin bronlaşdırılması;
  • Sorğuların vaxtında, dəqiq və peşəkar formada cavablandırılması;
  • Həftəlik və aylıq satış hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi;
  • Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək, yaranmış problemləri aidiyyatı bölmələrə yönləndirmək;
  • Daxili partnyorlar (otellər və təchizatçılar) ilə yazışmalar aparmaq və əməkdaşlıq etmək.

Əmək şəraiti:

  • Əmək haqqı 900 AZN;
  • 5 günlük (09:00-18:00) iş rejimi;
  • Nahar və nəqliyyat təmin edilir;
  • Heydər Əliyev Beynəlxalq Hava Limanı, Terminal 2.

CV müsabiqə iştirakçısının şəxsi e-poçt ünvanından göndərilməlidir. 

Təqdim edilmiş CV-də müəyyən edilmiş hər hansı uyğunsuzluq müsabiqədə iştirakı üçün bu namizəddən imtina səbəbi olacaqdır.

Tələblərimizə cavab verməyən CV-ni bizə göndərməməyiniz xahiş olunur.

Ünvanımıza gələn CV axınının çox olması səbəbindən onlara tez baxılması üçün sizdən xahiş edirik ki, namizədin imicinə dair məlumat əldə etmək üçün CV-nizə şəkil əlavə edin və Azərbaycan və ya rus dilində tərtib edin. 

VIP Xidmətlər Qrupu MMC tərəfindən digər vakansiyalar