İnsan Resursları üzrə Baş mütəxəssis

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 06.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • Kadr bazasının yaradılması və idarə edilməsi, işçilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, işdən azad olunmaları, vəzifə dəyişikliyi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirmək;
  • Şirkət daxili prosedur və qaydaların hazırlanmasında iştirak etmək;
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsi;
  • İstehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlamaq;
  • Kadr axının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq;
  • Vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil etmək;
  • İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum):Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
  • Təhsil ixtisası:İqtisadiyyat, Biznesin təşkili, Hüquq üzrə üstünlükdür
  • İş təcrübəsi (minimum):Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
  • Dil bilikləri :Azərbaycan dili. Rus və ingilis dili arzuolunandır
  • Kompüter bilikləri:Microsoft office proqramlarını
  • Sertifikat/Vəsiqə:Beynəlxalq insan resursları bağlı olan sertifikatların (SHRM, HRCI, CIPD) olması əlavə üstünlükdür
  • Digər zəruri tələblər:AR Əmək qanunvericiliyi bilikləri, Elektron Hökumət Portalı ilə işləmək bacarıqları

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Nizam-intizam
  • Etik davranış
  • Məsuliyyət 
  • Peşəkarlıq
  • Dürüstlük
  • Problem analiz etmə
  • Planlama və təşkil etmə
  • Detallara diqqət
  • Biznes yönümlülük

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan Resursları üzrə Baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur