Rəqəmli̇ proqramla i̇darə olunan metal əymə dəzgahinin operatoru

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • növbə ərzində avadanlığa nəzarət etmək;
  • növbə ərzində avadanlığın arasi kəsilmədən tam gücü ilə işləməsinə, istehsalin vaxtlı – vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vəsaitlərin düzgün texniki istismarina, xammal, yanacaq və materiallarin qənaətlə istifadəsini həyata keçirir;
  • növbə ərzində qarşıya çıxan xətaları aradan qaldırmaq;
  • növbə ərzində avadanlıq və alətlərdə zərər aşkar edildikdə, sahə rəisinə məlumat vermək və qüsur jurnalına qeydlər etmək;
  • texnoloji və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət etməlidir;
  • operator avadanlıqların iş təlimatlarına uyğun işləməsini təmin etməlidir;
  • növbə ərazidə aparılan işlərlə bağlı sahə rəisinə məlumat vermək;
  • görülən işləri sahə rəisi ilə razilaşdırmaq və sahə rəisini müntəzəm olaraq məlumatlandırmaq.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • sahə üzrə istehsalat fəaliyyətinə aid olan  metodiki normativ və başqa göstərici sənədləri;
  • sexin buraxdığı məhsula qoyulan tələbləri, onun istehsal texnologiyasını, təyinatını;
  • müvafiq avadanlıq üzrə texniki xarakteristikası, quruluş xüsusiyyətlərini, istismar göstəricilərini və onun texniki istismar qaydalarını;
  • avadanlığın sxematik diaqramlar və proqram təminatı ilə qarşılıqlı əlaqəsi, onların tənzimlənməsi qaydaları; 
  • avadanlığın istehsal keyfiyyətinə görə əymə şəraitinin tənzimlənməsini;
  • əymə xarakterindən və emal olunan  materialın siniflərindən asılı olaraq   metal      əymə avadanlıqdan istifadə  qaydalarını;
  • avadanlıq üzrə proqramın hazırlanması qaydalarını;
  • verilən eskizlər əsasında avadanlıqda hissələrin işlənməsi qaydalarını;
  • avadanlıq pasportuna uyğun olaraq əymə rejimlərinin müəyyən edilməsi qaydalarını;
  • avadanlıq üzrə istifadə olunan materialların əsas xüsusiyyətlərini;
  • İSO standartları üzrə qoyulan tələbləri;
  • əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını;
  • iqtisadiyyatın əsaslarını, əməyin, istehsalın və idarəetmənin təşkilini;

Üstünlük verilən bacarıq:

  • Azərbaycan, Rus, İngilis (və digər) dillərini bilməsi;

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 05 noyabr 2023-cü il tarixinədək mövzu hissəsində “Rəqəmli proqramla idarə olunan metal əymə dəzgahının operatoru” yazaraq göndərmələri xahiş olunur.