İşin təsviri
                
                
                                
                İş barədə məlumat:
	- Daşınma prosesi və gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri hazırlamaq
 
	- Satış bölümü tərəfindən tələb olunan malların Xarici və yerli istehsalçılar ilə danışıqlar apararaq qiymət alınması
 
	- Malların vaxtında çatdırılmasını təşkil etmək
 
	- Anbar və məsul şəxsləri gələn mallar barədə vaxtında məlumatlandırmaq
 
	- Daşınma və gömrük rəsmiləşdirilməsi üçün lazımi sertifikatlarları və icazələri almaq ( təchizar müdirinin köməyi və istiqaməti ilə)
 
	- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
 
Namizəd ilə bağlı tələblər (Bilik, təcrübə, bacarıq):
	- Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə)
 
	- Cinsi – Kişi
 
	- Rus və ingilis dil biliyi mütləqdir
 
	- MS Office proqramlarını mükəmməl bilmək
 
	- Beynəlxalq nəqliyyat standartları (Incoterms), müqavilə hüququ və standart daşınma qaydaları və şərtlərini bilmək
 
	- Dəqiqlik və şəffaflıq
 
	- Bazar araşdırmasında bacarığı olması
 
	- Təzyiq altında işləmək bacarığının olması
 
	- Korporativ və işgüzar yazışmaların aparılması