İşə qəbul üzrə mütəxəssis

  • Qala Group
  • Elanın qoyulma tarixi: 02.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri, Səbayıl rayonu

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
  • Emas.sosial.gov.az hökumət portalında əmək müqavilələrinin qeydiyyata alınması;
  • Qanunvericiliyə müvafiq qaydada işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, mükafatlandırılması, intizam tənbehinin verilməsi və işdən azad edilmələrini rəsmiləşdirmək, habelə müvafiq aktların tərtib edilməsini həyata keçirmək;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
  • Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların təqdim edilməsi;
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
  • Əmək haqqı kartlarının sifarişinin verilməsi;
  • Müddəti bitmiş sənədlərin müvafiq qaydada arxivləşdirilməsi;
  • Əmrlərin tərtib edilməsi (məzuniyyət, işə qəbul, işdən çıxma, vəzifə dəyişikliyi, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
  • İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, bildiriş məktublarının hazırlanması (xəbərdarlıq, töhmət) və s.;
  • İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqqılarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün mühasibat şöbəsi ilə birgə işin təşkil olunması;
  • İşçilərin davamiyyətini müəssisədə quraşdırımış timekeeperlə işləmək;

Digər məlumat:

  • Beş günlük iş qrafiki . Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
  • Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.

Vəzifəyə dair tələblər:

  • 25-30 yaş arasında;
  • Ali təhsilli olması;
  • Azərbaycan dili (mükəmməl), İngilis dili- yaxşı bilmək;
  • Müvafiq sahədə 1 ildən az olmayaraq iş təcrübəsi;
  • AR Əmək Məcəlləsi üzrə yaxşı biliklər;
  • İşgüzar nitq və yazışma qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

İnsan resursları sahəsini sevən, bu sahədə inkişaf etmək və karyera qurmaq istəyən namizədlər axtarılır.

Xahiş olunur  şəkilli CV-ləri göndərin və mövzuda vakansiyanın  adın “İnsan resusrları üzrə mütəxəssis” qeyd edin.

İşəgötürənin reytinqi

Qala Group tərəfindən digər vakansiyalar