Korporativ müştərilərlə iş qrupunun müştəri meneceri

  • Unicapital
  • Elanın qoyulma tarixi: 29.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin korporativ və institutsional müştərilər üçün nəzərdə tutulmuş məhsul və xidmətlərinin satışını təmin etmək;
  • Cəmiyyətin müştəriləri qarşısında müsbət korporativ imicini formalaşdırmaq;
  • Müştəri sorğularının Cəmiyyətin aidiyyəti struktur bölmələri tərəfindən cavablandırılmasını təşkil etmək;
  • Korporativ və institutsional müştəri bazarını araşdırmaq, yeni məhsullar haqqında məlumatları toplamaq və uyğun yeni təkliflər vermək;
  • Mövcud məhsul xidmət şərtlərinin bazara uyğunluğunu qiymətləndirmək və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər hazırlayaraq Rəhbərliyə təqdim etmək;
  • Korporativ və institutsional müştərilərlə görüşlər və təqdimatlar keçirmək;
  • Korporativ və institutsional müştərilərə birbaşa satış prosesini həyata keçirmək;
  • Cəlb edilmiş müştərilərin xidmət nöqtələri üzrə bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək;
  •  Müştəri məlumatlarının daxili elektron məlumat bazasına işlənilməsi;
  • Cəmiyyətin iş prinsiplərinə əməl etmək, işə davamiyyətə və əmək intizamına riayət etmək;
  • Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
  • Müvafiq sənədlərinin saxlanılmasını təmin etmək;
  • Məlumatların uçot sistemində düzgünlüyünü mütəmadi üzləşmələr yolu ilə yoxlamaq;
  • Cəmiyyətin büdcə planlaması, strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi və fəaliyyət planlarının icrası proseslərində iştirak etmək;
  • Müxtəlif işçi qrupların tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək;

Namizədə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il;
  • Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək;
  • İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
  • Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
  • Korporativ davranış normalarını bilmək;
  • Şirkətdaxili prosedurları, habelə Nəzarət orqanının rəhbər göstərişlərini bilmək;
  • Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook),  İnternetdə işləmə bacarığı);
  • Azərbaycan dili üzrə sərbəst bilik;
  • İngilis və Rus dilləri üzrə orta (intermediate) səviyyədə bilik;