Satınalma mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satınalma prossesini vaxtında, dəqiq, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
  • Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasını planlaşdırmaq və həyata keçirmək, işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra etmək;
  • Strukturlardan gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirmək, satınalma sifarişlərini hazırlamaq və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq qaydada həyata keçirmək;
  • Təchizatçılar və xidmət təminatçılarının texniki və maliyyə təhlilini aparmaq;
  • Bazarın müqayisəli təhlilini aparmaq, tələb olunan materialları daxili və xarici bazarda araşdırmaq, təchizatçı bazasının hazırlanmasını təmin etmək;
  • Tender sorğularını hazırlamaq və qiymətləndirmək, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prosesini yekunlaşdırmaq;
  • Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
  • Müqavilələri müəyyən edilmiş şərtlərə müvafiq şəkildə bağlamaq;
  • Təchizatçılarla danışıqlar aparmaq, qiymət endirimlərinin alınmasını təmin etmək;
  • Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat vermək;
  • Struktur bölmə rəhbəri tərəfindən verilən digər tapşırıq və göstərişləri yerinə yetirmək.

Tələblər:

  • Ali təhsilli olmalı; Beynəlxalq münasibətlər, Logistika üzrə olması arzu olunandır
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;
  • Xarici satınalmada iş təcrübəsi (ən azı 1 il) olmalı,
  • Yazılı komunikasiya imkanlarının yaxşı səviyyədə olması.  
  • MS office proqramlarında işləmə bacarığına sahib olmalı;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.

İş şəraiti:

  • İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Servis xidməti mövcuddur;
  • Əmək haqqı: müsahibə əsasında
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 Oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində "Satınalma mütəxəssisi" qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.