Risk inzibatçılığı üzrə şöbə müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əhəmiyyətli əməliyyat və maliyyə risklərinin cari sahiblərin aşkar edilməsi və onlar tərəfindən risklərin səmərəli idarə edilməsi barədə əminliyin əldə edilməsi;
  • Risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təşkil etmək, risklərin idarə edilməsi üzrə siyasət və qaydaların tətbiqi vəziyyətini qiymətləndirmək, onları zərurət üzrə təkmilləşdirmək;
  • Risklərin idarə edilməsi məqsədi ilə ADY-nin digər struktur bölmə və qurumlarından alınmış məlumatları təhlil etmək, müxtəlif sahələrdə riskləri müəyyən etmək və onları vaxtaşırı qiymətləndirmək;
  • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətləri seçmək və onların həyata keçirilməsi tezliyini müəyyən etmək, risklərin effektiv idarə edilməsi üçün onların qəbul edilməsi, minimallaşdırılması, ötürülməsi, habelə riskdənqaçma kimi tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər vermək;
  • Risklərin idarə edilməsi fəaliyyətində ADY-nin struktur bölmə və qurumlarına metodiki yardım göstərmək, onlarla birgə risk koordinatorlarını müəyyən etmək, həmin koordinatorlara təlimlərin keçirilməsində iştirak etmək;
  • Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barədə hesabatı departament rəhbərinə təqdim etmək;
  • Risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə departament rəhbərinə təkliflər vermək;
  • Aidiyyəti struktur vahidləri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak edərək departament rəhbərinə təkliflər vermək;
  • ADY risk iştahası bəyannaməsini hazırlayaraq departament rəhbərinə təqdim etmək;
  • Məhsul, xidmət və ya proses üzrə risklərin azaldılması tədbirlərindən sonra qalıq risklərin qiymətləndirilməsini aparmaq və bu barədə departament rəhbərinə hesabat təqdim etmək; Risklərin idarə edilməsi prosesinə adekvat və səmərəli nəzarət prosedurlarının müəyyən olunması və təkmilləşdirilməsinə dair təklifləri departament rəhbərinə təqdim etmək;
  • Risklərin idarə edilməsi ilə bağlı müxtəlif hesabatları hazırlayaraq departament rəhbərinə təqdim etmək;
  • Risklərə qarşı görülən tədbirlərin hazırlamaq və departament rəhbərinə təqdim etmək; Tapşırılmış istiqamətlər üzrə risklərin idarə edilməsi sahəsində araşdırmalar aparmaq və bununla bağlı hesabatlar hazırlamaq.

Tələblər:

  • Təhsil: Ali (Maliyyə, Hüquq və Risklərin idarə edilməsi ixtisasları üzrə);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 5 il;
  • Komputer bilikləri: MS Office (Sərbəst)
  • İşgüzar yazışma qaydalarının əsaslarını bilməli;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməli;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmalı;
  • Ezamiyyə səfərlərinə hazır olmalı;
  • Risklərin idarə edilməsi sahəsində müvafiq standartların (ISO 31000) tələblərini bilməli;
  • Namizədlərin magistr təhsilinin olması arzuolunandır;
  • Namizədlərin ingilis və rus dillərini bilməsi arzu olunandır;
  • Nanizədlərin POWER BI və avtomatlaşdırılmış informasiya sistemlərində işləmək bacarığı olması arzu olunandır.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 11.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.