Telemarketinq üzrə kiçik mütəxəssis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Təqdim edilmiş müştəri bazası üzrə telefon zənglərinin edilməsi;
  • Telefon vasitəsi ilə müştərinin biznesinin ilkin minimal analizi;
  • Müştərilərə telefon vasitəsi ilə aqro və mikrokredit məhsullarının təklif edilməsi və satış.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Təcrübə: Telemarketinq sahəsi üzrə minimum 6 ay iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (yaxşı); 
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşma.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 sentyabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Telemarketinq üzrə kiçik mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi