Müştəriyə dəstək üzrə nümayəndə

  • Joel Jewelry
  • Elanın qoyulma tarixi: 19.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali təhsil – ixtisas fərqi yoxdur
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst
  • Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel – yaxşı, Outlook – yaxşı

Vəzifə öhdəlikləri:

  • Sorğuların izlənilməsi – Müştəri və İstifadəçi sorğuları və problemləri üçün bilet sisteminin idarə edilməsi, xidmət prosesinin tələbi olaraq telefon zəngləri, e-poçt, sms vasitəsilə Müştərilərlə əlaqənin saxlanması, Müştərilərdən gələn zənglərin cavablandırılması və yaranan məsələlərdə köməkliyin göstərilməsi
  • Masa işi – Müştəri ilə əlaqə üçün gündəlik olaraq Şirkətin CRM sistemi üzərində işin aparılması və CRM sisteminin zəng mərkəzi işçisi kimi fəaliyyətin göstərilməsi
  • Əlaqələrin idarə edilməsi – Müştərilər üçün ardıcıl olaraq əlaqə məlumatlarının qeyd edilməsi
  • Sorğu qeydiyyatının aparılması – Müştəri sorğularının qeydiyyatının aparılması,  həm Müştəriyə, həm də İstifadəçiyə Şirkət məhsulundan (platformasından) istifadə etməkdə köməkliyin göstərilməsi
  • Problemlərin həll edilməsi – Müştərilərə və ya İstifadəçilərə zəng mərkəzi vasitəsilə qəbul edilən sorğular üzrə tələb olunduğu zaman problemlərin həlli yollarının təqdim edilməsi
  • Qeydlərin saxlanması – təhlil üçün zənglərin qeydə alınması.

İş şəraiti:

  • İş yeri: Həsən Məcidov 3, Bakı şəhəri
  • İş günləri: Bir gün fasilə ilə (günaşırı)
  • İş saatları: 10:00 - 19:00 

Əmək haqqı: Namizədin müsahibədə müəyyən edilmiş bilik və bacarıqlarından asılı olaraq təyin olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində vəzifə adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.