Kontent tərtibatı üzrə mütəxəssis

  • Joel Jewelry
  • Elanın qoyulma tarixi: 26.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali təhsil – ixtisas fərqi yoxdur
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst
  • Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel – yaxşı

Vəzifə öhdəlikləri:

  • Şəkillərin çəkilməsi – Şirkətin avadanlıqlarından istifadə edərək Müştəri məhsullarının yüksək keyfiyyətli şəkillərinin çəkilməsi
  • Şəkillərin yüklənməsi və sazlanması – çəkilmiş şəkillərin CRM sistemində Müştəri hesabına yüklənməsi
  • Şəkil keyfiyyətinin təmin olunması – çəkilmiş bütün şəkillərin işıqlandırma, kompozisiya və fon da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq Şirkətin tələblərinə və təlimatlarına uyğun olmasını təmin olunması
  • Fotosessiyaların planlaşdırılması – Müştəri sorğu və uyğunluğuna əsasən fotosessiyaları planlaşdırmaq və prioritetləşdirmək üçün satış komanda üzvləri ilə mütəmadi komunikasiyanın qurulması
  • İzlənilmənin təmin edilməsi – bütün fotosessiyaların dəqiq qeydlərinin aparılması, bütün şəkillərin Şirkətin Nömrələnmə proseduruna uyğun olaraq nömrələnmə və müvafiq server qovluğunda saxlanmasının təmin edilməsi
  • Şəkillərin redaktə edilməsi - Şirkət və Müştəri tələblərinə uyğunluğu təmin etmək şərtilə ehtiyac yarandıqda şəkillərin redaktə edilməsi
  • Avadanlıqların texniki qulluğu – fotosessiyalar üçün Şirkət avadanlıq və aksesuarlarının hazır vəziyyətə gətirilməsi və işlək vəziyyətdə saxlanmasının təmin edilməsi.

İş şəraiti:

  • İş yeri: Həsən Məcidov 3, Bakı şəhəri
  • İş günləri: 5 günlük iş rejimi, şənbə-bazar istirahət günləri
  • İş saatları: 09:00 - 18:00 

Əmək haqqı: Namizədin müsahibədə müəyyən edilmiş bilik və bacarıqlarından asılı olaraq təyin olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində vəzifə adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.