Model risklərin idarəedilməsi üzrə mütəxəssis

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 13.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Model inventarının idarə edilməsi, o cümlədən onun müntəzəm yenilənməsi;
  • Model və ya alət kimi kəmiyyət metodlarının təsnifatı, model dərəcəsinin müəyyən edilməsi, model riski səviyyəsinin monitorinqi, Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq modelin tərtibatı və modifikasiyasının əsaslandırılmasının qiymətləndirilməsi, model riski üzrə hesabatların hazırlanmasında iştirak etmək;
  • Model Risklərinin İdarəedilməsi Çərçivəsinin qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsində iştirak və daxili sənədlərin tələbləri ilə bağlı maraqlı tərəflərlə əlaqəni təmin etmək, həmçinin sözügedən sənədlərin icrası prosesində uyğunsuzluqları aşkarlaması;
  • Modellər üzrə maraqlı tərəflərlə əlaqəni təmin edir və modelin həyat tsikli ərzində onlara dəstək olur;
  • Modellərin tərtibatı və modifikasiyası üzrə ümumiləşdirilmiş proseslərin planlaşdırılmasını həyata keçirir;
  • Model riskinin qiymətləndirilməsinə yanaşmaların işlənib hazırlanması, tərtibatı tapşırıqlarının siyahısının idarə edilməsi, o cümlədən onun yenilənməsi, tapşırıqların prioritetləşdirilməsi, model alətlər toplusunun optimallaşdırılması;
  • Validasiya funksiyasının tövsiyələrinin yerinə yetirilməsinə nəzarət;
  • Modellərin avtomatlaşdırılması üzrə texniki tapşırıqların hazırlanmasında, habelə onların icrasına nəzarətdə iştirak etmək;
  • Cəmiyyətin daxili sənədlərinin işlənib hazırlanması, modelin tərtibatı prosesini tənzimləmək;
  • Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Maliyyə, Risklərin edilməsi, Daxili nəzarət, Modelləşdirmə sahələri üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat, Riyaziyyat ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur.
  • Dil bilikləri: İngilis dili: əla, Azərbaycan dili: əla səviyyədə biliklərin olması.
  • Üstünlüklər: Model risklərinin idarə edilməsi (MRM), Müəssisənin Risklərinin idarə edilməsi (ERM) və ya Əməliyyat risklərinin idarə edilməsi sahəsində təcrübənin olması, Riyazi modelləşdirmədə iştirak edilməsi, Python, R, SAS proqramlaşdırma dillərindən biliklərin olması.
  • Kompüter bilikləri: MS Office üzrə əla səviyyədə biliklərin olması.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük,problem həlletmə, planlaşdırma.

İmtiyazlar:Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi