Efir redaktoru

İşin təsviri

Təsvir:

  • Xəbər buraxılışının tərtibatının məzmun cəhətdən yoxlanılması;
  • Titrların yekun yoxlanılması və materialda titrın düzgün verilməsinə nəzarət;
  • Xəbər buraxılışlarının tərkibinin Baş Direktor, Baş direktorun müavini, departament direktoru və ya onun müavinlərinin tapşırığı əsasında dəyişdirilməsi;
  • Hər buraxılış və material üçün həştəqlərin müəyyən edilməsi;
  • Buraxılış daxilində vizual cəhətdən ən cəlbedici materialların seçilməsi;
  • LED-ə veriləcək şəkil, animasiya və videolara mətnlərin yazılması;
  • Efirə gedəcək qrafik həllərin İctimai Televiziya və Radio Yayımları şirkətinin standartlarına uyğunluğuna nəzarət etmək;
  • Materiallar üçün başlıqların yazılması;
  • Anonsların yazılması;
  • Müxbirlərdən mövzuya uyğun əlavə məzmunun istənilməsi;
  • Ehtiyac yarandıqda aparıcılara, efir prodüserinə və buraxılış redaktorlarına köməklik göstərilməsi.

Tələblər:

  • İTV-də 4 il və ya digər televiziya kanallarında 6 il iş təcrübəsi
  • Mətnlərlə işləmə təcrübəsi
  • Azərbaycan dilinin qrammatikasını yüksək səviyyədə bilməsi
  • Geniş araşdırma bacarığına sahib olmalı;
  • Yazı və danışıq qabiliyyəti;
  • Rus və ya ingilis dili biliyi.

İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən digər vakansiyalar