İşin təsviri
Vəzifə öhdəlikləri:
- Foto və videoların çəkilişini etmək
- Müəssisənin Sosial Media hesablarında paylaşılması üçün cəkilmiş foto və video materialların montaj edilərək hazır vəziyyətə gətirilməsi
- Gündəlik və aylıq plan üzrə Sosial Media hesabları üçün reels və story videoların çəkilməsi, müəssisə daxili və xarici müxtəlif sosial layihələr üçün çəkilişlərin həyata keçirilməsi
- Görülən işlər barədə müvafiq hesabatların şöbə rəhbərinə təqdim edilməsi
- Şirkətin kreativ sahədə işinin effektivliyini artırmaq məqsədi ilə təkliflər və təşəbbüslər irəli sürmək
Tələblər:
- Ali təhsil
- Oğlan namizədlərə üstünlük verilir
- Azərbaycan dilində səlis nitq qabiliyyətinə malik olmalı, Rus dili biliyi arzuolunandır
- Peşəkar kompyuter bilikləri, çəkilmiş materialların montajı üçün (Adobe Premiere, Photoshop, After Effects) proqramları mütləq bilməli
- Trend video çəkiliş metodlarını izləmək və tətbiq etmək
- Yaradıcılıq və təşəbbüskarlıq
- Müəssisə daxili nizam, intizam qaydalarına əməl edilməsi
İş şərtləri:
- 5 günlük iş həftəsi (08:00-17:00);
- İstirahət günü: şənbə və bazar
- Nahar şirkət tərəfindən verilir
- Servis mövcuddur.
Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Videoqraf / Fotoqraf” yazıb göndərməklə müraciət edə bilərsiniz.