Mühasib

  • Crystal Group
  • Elanın qoyulma tarixi: 30.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya haqqında:

İş yeri: Bakı, Xırdalan, 

İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla

İşə başlama tarixi: Təcili

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

Vəzifə öhdəlikləri:

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmalarını hesablayır və ödənilməsini icra edir;
  • Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərini hesablayır və ödənişini həyata keçirir;
  • DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra edir;
  • Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlayır;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır,
  • Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir;
  • Anbardarlara dəstək;
  • İstehsala nəzarət;
  • Daxili bazar satışlara nəzarət;
  • İxrac əməliyyatlarının icrası;
  • Debitorlara nəzarət;
  • E-qaimələrin yazılması;
  • İxrac xərclərinin uçotu;
  • Daxili və xarici daşınmaların uçotu;
  • Debitor və kreditorlarla üzləşmələrin aparılması;
  • Müəssisələr arası transferlərə nəzarət;

Təhsil və iş təcrübəsi:

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə təhsil;
  • Minimum 3 il mühasib vəzifəsi üzrə təcrübə. 

Bacarıq və səriştələr:

  • Nizam-intizamlı;
  • Kommunikasiyalı;
  • Komandada işləmək bacarığı;

Təminatlar:

  • Telefon limiti

Bilməlidir:

  • Mühasibatlıq və uçot
  • Əmək Məcəlləsi, Vergi məcəlləsi
  • Excel biliyi yaxşı səviyyədə;

Müraciət qaydası:

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib” yazaraq  e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Crystal Group tərəfindən digər vakansiyalar