Efir prodüserinin köməkçisi

İşin təsviri

Təsvir:

  • Xəbər buraxılışının texniki baxımdan formalaşdırılması;
  • Xəbər efirə gedən zaman rejissor otağında olmaq və efir prodüserinin tapşırıqlarını yerinə yetirmək;
  • Titrların yekun yoxlanılması və materialda titrin düzgün əks edilməsinə nəzarət;
  • Xəbər buraxılışlarının tərkibinin Baş Direktor, Baş direktorun müavini, departament direktoru və ya onun müavinləri, efir prodüserinin tapşırığı əsasında dəyişdirilməsi;
  • Xəbər buraxılışının xronometrajının hesablanması və müvafiq məlumatın aparıcıya, buraxılış redaktoruna, efir prodüserinə, departament direktoruna və onun müavinlərinə təqdim edilməsi;
  • Efirə gedəcək qrafik həllərin İctimai Televiziya və Radio Yayımları şirkətinin standartlarına uyğunluğuna nəzarət etmək;
  • Canlı yayımların təşkil edilməsi üçün bütün məsələlərin həlli;
  • Materialların hazırlıq dərəcəsinin yoxlanılması, müxbirlərlə daim əlaqədə olması;
  • Boş / məşğul montaj rejissorlarının sayının yoxlanılması;
  • Qrafik tərtibatların efirə verilməsi ilə bağlı yarana biləcək bütün məsələlərin həll edilməsi;
  • Buraxılışı təşkil edən bütün faylların (mətnlərin, videoların, şəkillərin, xidməti sənədlərin və s.) hazır və yerində olmasının yoxlanılması, lazımi faylların yüklənilməsi.
  • Aparıcılara, efir prodüserinə və buraxılış redaktorlarına köməklik göstərilməsi.

Tələblər:

  • İTV-də 2 il və ya digər televiziya kanallarında 4 il iş təcrübəsi
  • Adobe Premiere Pro proqramında işləmə bacarığı.
  • Adobe Photoshop proqramında başlanğıc səviyyədə işləmə bacarığı
  • Geniş araşdırma bacarığına sahib olmalı;
  • Xəbər gündəmindən məlumatlı olmalı;
  • Yazı və danışıq qabiliyyəti;
  • Rus və ya ingilis dili biliyi.

İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən digər vakansiyalar