Aparıcı hüquqşünas

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsinə nəzarət edilməsi;
  • Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi;
  • Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
  • Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
  • Protokolların hazırlanması;
  • Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
  • Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması;
  • Qanun mahiyyətli sənədlərin işlənilməsi və hazırlanması;
  • Müəyyən edilmiş qaydalara uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərin rəsmiləşdirilməsi;
  • Hazırlanan əmr, sərəncam, təlimat, qaydalar, standartlar və hüquqi xarakterli digər aktların, layihələrin hüquqi ekspertizasının keçirilməsində iştirak etmək;
  • İşçilərə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəyin bildirilməsi;
  • Mərkəzin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, eləcə də mərkəzin fəaliyyətinin təkmilləşdirilməsində iştirak etmək.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Hüquq sahəsində Ali təhsil;
  • Hüquq sahəsində 2 il iş staj;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti;
  • Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dilini bilmək üstünlük hesab edilir);
  • Qərarvermə və detallara diqqət etmək qabiliyyəti;

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 06 oktyabr 2023-cü il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Aparıcı hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.