İnsan resursları üzrə biznes tərəfdaş (Mingəçevir)

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 01.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təyin olunmuş biznes bölmələrində işçilər və rəhbərlik üçün insan resursları proseslərində vahid əlaqələndirici şəxs və vasitəçi rolunu oynamaq; Biznes liderləri ilə güclü əlaqələr qurmaq, onların ehtiyaclarını və tələblərini anlamaq, bizneslərin ehtiyaclarına uyğun HR strategiyalarını inkişaf etdirmək üçün onlarla əməkdaşlıq etmək.
  • Xidmət göstərdiyi funksiyaların təşkilati strukturunun dizaynı, ştat vahidlərinin, əməkdaş xərclərinin planlaşdırılması və yeni namizədlərin seçim prosesində iştirak;
  • Xidmət göstərdiyi funksiyaların rəhbər heyəti ilə dövri görüşlər keçirmək, İR proses və layihələrinin gedişatını analiz etmək, biznesin tələblərinə uyğun İR həllərini razılaşdırmaq; Rəhbərlər ilə işçilər arasında sağlam iş münasibətlərinin tənzimlənməsində məsləhətçi rolu oynamaq, müvafiq siyasət və təlimatların effektiv şəkildə kommunikasiya olunmasını və effektiv inteqrasiyasını təmin etmək.   
  • İşə qəbul prosesinin bütün mərhələrini əvvəldən sonadək həyata keçirmək (Ştatım yaradılması və təsdiqlənməsi, vakansiya elanı, namizədlərin seçimi, namizədə dair rəylərin alınması, iş təklifinin verilməsi və sair)
  • İşə qəbul edilmiş işçilərin sınaq müddətini təqib etmək, nəzərdə tutulan müddətin sonunda birbaşa rəhbərindən müvafiq qeydlər aparılmış sınaq müddəti qiymətləndirmə formasını tələb etmək;
  • Komandaya yeni qoşulmuş üzvlərin adaptasiya prosesinə dəstək;
  • Struktur-bölmələrin əməkdaşları arasında davamçıların (successor-ların) müəyyən olunması və inkişaf etdirilməsi prosesinin həyata keçirilməsinə dəstək və kordinasiya;
  • Xidmət göstərdiyi funksiyaların əməkdaşlarının karyera inkişafı prosesinin (şaquli və üfüqi yerdəyişmə) təşkili;
  • Xidmət göstərdiyi funksiyaların işçi heyəti ilə mütəmadi görüşlər keçirmək, təklif və şikayətlərini dinləmək, həlli yolunda müvafiq addımlar atmaq;
  • Strukturlar üçün illik təlim ehtiyaclarının müəyyənləşdirilməsi prosedində iştirak və prosesə dəstək;
  • Maddi və qeyd-maddi motivasiya sistemlərinin formalaşdırılmasında iştirak;
  • Əmək haqqı bazar araşdırmasının həyata keçirilməsində iştirak etmək;
  • Komanda ruhunun yüksəldilməsi, iş fəaliyətində effektivliyin artırılması və əməkdaşların şirkətə bağlılığının təmin edilməsi üçün xidmət göstərdiyiniz strukturların heyəti ilə sıx əməkdaşlıq;
  • Struktur rəhbərləri ilə insan resurslarının idarə olunması üzrə proseslərin və təcrübənin təkmilləşdirilməsinə dair imkanları birgə müəyyənləşdirmək üçün fəal işləmək;
  • İnsan resursları ilə bağlı layihələrin hazırlanması və idarə olunmasında iştirak etmək;
  • İşçi heyətinə insan resursları ilə əlaqədar proseslər (fəaliyyətin idarə olunması, kadr ehtiyatının planlaşdırılması, təlim və ixtisasartırma, təşkilati strukturda dəyişikliklər, mükafat, kompensasiya və müavinətlər və s.) barədə məlumat vermək;
  • Təşkilatın strategiyasını tətbiq etmək üçün təşkilati strukturların, vəzifə öhdəliklərinin müəyyənləşdirilməsi və kadr ehtiyatının idarə edilməsi üzrə proseslərin hazırlanması istiqamətində struktur bölmələrinin rəhbərləri ilə birgə çalışmaq;
  • İllik perfomans nəticələrini təyin edilməsi, qiymətləndirilməsi və digər strateji HR proseslərin icrası;
  • Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək;

Tələblər:

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Ali  iqtisadi, idarəetmə sahəsində təhsil
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilmək
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı
  • Ünsiyyət bacarığı
  • Şəxsi avtomobil, sürücülük vəsiqəsi

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Yanacaq xərci

İş qrafiki: 5 günlük, 09:00-18:00

Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “İnsan resursları üzrə biznes tərəfdaş” yazaraq göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi