Akkaunt Menecer

  • Marker agency
  • Elanın qoyulma tarixi: 29.04.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Müştəri yönümlü, çalışqan və öyrənməyə maraqlısan? Beynəlxalq brendlərlə çalışıb, böyük təcrübə qazan biləcəyin bir agentliyin parçası ola bilərsən! Biz Akkount Menecer vəzifəsinə uyğun namizədlər axtarışındayıq! Aşağıda isə namizəddən gözləntilərimizdir:

  • Azərbaycan dilində səlis danışıq
  • Rus dili və/ və ya İngilis dili bilikləri yüksək səviyyədə
  • Korporativ ünsiyyət qabiliyyəti
  • Microsoft Office - Word, Excel, PowerPoint, Outlook bilikləri

Ümumilikdə namizədlərin əsas vəzifələri aşağıdakılar olacaqdır:

  • Müştəri ilə rəsmi və qeyri rəsmi kanallar ilə ünsiyyət
  • Müştəridən gələn brieflərin analizi və komandaya ötürülməsi
  • Təqdimatların hazırlanması və onların müştəriyə təqdim edilməsi
  • Müştəri ilə fiziki və ya onlayn görüşlərin keçirilməsi
  • İşin gedişatına nəzarət
  • İşin qiymət təklifinin hazırlanması
  • İşin təhvil-təsliminin edilməsi
  • Layihələrin icrasına nəzarət

İşin gedişatında nələr gözlənilir:

  • Ay ərzində 2-3 dəfə iş saatlarından kənar layihələrə yerində nəzarət
  • Ay ərzində 5-6 dəfə müştərilər ilə fiziki görüş
  • Ay ərzində 4-5 ədəd layihənin icrası
  • Gün ərzində iş saatlarından kənar müştəri ilə ünsiyyət

İş şəraiti haqqında:

  • İş günləri həftə içi 5 gün saat 10.00 - 18.00 arasıdır
  • Tətil və ya qeyri-iş günləri keçərlidir
  • Mehriban komanda
  • İnkişaf üçün treninqlər
  • Geniş networking imkanları

Əmək haqqı namizədin bilik və bacarıqlarından, təhsilindən, potensialından asılı olaraq minimum net 800 AZN-dən başlayır. Təcrübəçilik imkanı da mövcuddur.

Öz CV və müraciət məktubunuzu [email protected] mail adresinə "Account Manager" başlığı ilə göndərin. Başlıqsız məktublar nəzərə alınmayacaqdır.