İşçi təcrübəsinin idarəolunması üzrə baş mütəxəssis (İnsan resursları)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 25.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Müvafiq sahədə ali təhsil
  • İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi
  • MC Office proqramlarını yüksək səviyyədə bilməli
  • Kommunikasiya bacarıqlarına malik olmalı
  • Komanda ilə işləmə bacarığı
  • İnnovativ düşünmə və nəticə çıxarma bacarığı
  • İşçilərin məmnunluğuna diqqət yetirən
  • İngilis dili yüksək, rus dili arzuolunandır. 

İş Haqqında:

  • İşçilərin təcrübəsini artırmaq üçün nəzərdə tutulan layihələrdə fəal iştirak etmək
  • İşçilərin sorğu nəticələrinin analizi və tədbir planının hazırlanması
  • İşdən çıxış müsahibələri haqqında mütəmadi olaraq hesabat vermək və tədbir planını hazırlanmaq
  • İşçi məmnuniyyəti sorğularının keçirilməsi və fəaliyyət planlarında aktiv rol alınması
  • İşəgötürən markası və daxili ünsiyyət təcrübələrində aktiv rol almaq
  • Digər İnsan Resursları proseslərinin dəstəklənməsi
  • İşçilərin təcrübəsinə təsir edəcək bütün proseslərdə müvafiq əlaqədar tərəflərlə birlikdə işləmək
  • Əlaqədar tərəflərlə işçi təcrübəsi xəritələri yaradaraq planların müəyyən edilməsi
  • Tədbirlərin layihə planına köçürülməsi, layihə qruplarının müəyyən edilməsi və nəzarət edilməsi
  • İşçilərin təcrübəsinin inkişafına təsir edəcək rəqəmsallaşma layihələrində aktiv iştirak etmək
  • İşçilərin motivasiyasını və şirkətə bağlılığını artıracaq fəaliyyətlərin planlaşdırılması və təşkili
  • İşəgötürən Brendi fəaliyyətlərinin planlaşdırılması, icrası və monitorinqi
  • İşçilərin təcrübəsi, daxili ünsiyyət, şirkətdaxili fəaliyyətlər üçün yaradıcı ideyaların və məzmunun yaradılması
  • İşəgötürən brendinin strategiyasını dəstəkləyən layihələrin yaradılması.

İş şərtləri: 5 günlük iş qrafiki, 09:00-18:00

İş yeri:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna mövzu yerinə "İşçi təcrübəsinin idarə olunması üzrə baş mütəxəssis (İnsan resursları)" yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

İşəgötürənin reytinqi