Kassa üzrə satış agenti

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq xəttlərin sərnişinlərə yüksək səviyyədə xidmət göstərmək, onlara aviareyslərdə yerlər, aviabiletlərin qiymətləri, aviadaşımalara tətbiq olunan qaydalar, sərnişinlərin hüquq və vəzfiləri barədə dolğun və düzgün məlumat vermək;
  • Beynəlxalq xəttlərin sərnişinlərə yalnız növbə üzrə xidmət göstərilməsini təşkil etmək, növbədən kənar və yaxud qiyabi şəkildə (telefonla, kənardan daxil olmuş sənədlər əsasında və s.) yer təxsis edilməsinə və bilet yazılmasına yol verməmək;
  • Beynəlxalq xəttlərin agentləri tərəfindən sərnişinlərə xidmət üzrə fəaliyyətin aviadaşımalırın bronlaşdırılması və satışı texnologiyasına uyğun olaraq həyata keçirilməsini təmin etmək;
  • ATS-də qüvvədə olan tariflərin və yığımların satış üzrə menecerlər tərəfindən düzgün tətbiq edilməsini, aviadaşımaya və göstərilmiş xidmətlərə görə ödənişin tam və düzgün alınmasını, elektron bilet yazılarkən sərnişinlərə kassa çeki təqdim edilməsini təmin etmək;
  • Aviabiletlərin, müxtəlif yığımlar qəbzlərinin, gündəlik hesabat blanklarının və digər daşıma sənədlərinin rəsmiləşdirilmə qaydalarına riayət edilməsini təşkil etmək;
  • Gündəlik heabatların düzgün və vaxtında hazırlanmasını və zamanında şirkətin mühasibatlığına təqdim edilməsini, daxil olan vəsaitlərin inkassatora təhvil verilməsini təmin etmək;
  • İstehsalat intizamına və öz iş qrafikinə dəqiq riayət etmək, forma paltarını geyinmək,öz iş yerini nümunəvi vəziyyətdə saxlamaq, orada mövcud olan avadanlıq və texniki vəsaitlərdən ehtiyatla istifadə etmək.

Tələblər:

  • Tam orta təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Amadeus proqrami ilə işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (yaxşı).

İş şəraiti: 

  • 2 növbəli: 
  • I növbə: 08:00-20:00; 
  • II növbə: 20:00-08.00
  • İş günündən sonra istirahət günü
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.

İşəgötürənin reytinqi