İnsan Resursları üzrə aparıcı mütəxəssis (əmək haqqı hesablanması üzrə)

İşin təsviri

Namizədə Tələblər:

  • Ali təhsil (biznes idarəedilməsi, İR və ya müvafiq sahədə);
  • İR üzrə mütəxəssis, aparıcı mütəxəsis kimi 3-5 il təcrübə;
  • Əmək Məcəlləsi, səriştə əsaslı müsahibə və işə qəbul, 1C sistemi və performans idarəetmə üzrə sertifikatlar üstünlükdür;
  • MS office proqramlarını yüksək səviyyədə bilməli;
  • 1C 8.3 (ERP) proqramını yüksək səviyyədə bilməli;
  • Azərbaycan dili, İngilis dili, Rus dili;
  • İstehsalat sahəsində təcrübə arzuolunandır;
  • Əmək qanunvericiliyi biliyi;
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Əla təşkilatçılıq və vaxt idarə etmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), təyin olunmuş vaxt çərçivəsində tapşırıqların yerinə yetirilməsi, son tarixlərə cavab vermək qabiliyyəti;
  • Detallara diqqət, güclü problem həll etmə qabiliyyətləri;
  • Komanda da işləmək qabiliyyətləri.

Vəzifə üzrə öhdəliklər:

  • İRİ Direktoruna müxtəlif əmək haqqı araşdırmalarında köməklik göstərir;  
  • İşçilərin intizam məsələlərini, əmək müqaviləsinə xitam verilməsi və ya insan resursları ilə bağlı digər məsələlərlə əlaqəli problemləri həll etmək üçün lazım olan dəstəyi göstərir;
  • Məlumatların maliyyə qrupu ilə əlaqələndirilməsi daxil olmaqla 1C sistemdə aylıq əmək haqqı girişi və kontrolunu aparır;
  • İşçinin əmək haqqı və vəzifə dəyişikliklərinin 1C-də düzgün əks olunmasını təmin etmək, proses üçün tələb olunan forma və sənədlərin hazırlanması; 
  • İşçilərin əmək haqqı ilə bağlı suallarını cavablandırır və ehtiyac yarandığı təqdirdə əmək haqqı hesablanması zamanı yarana biləcək səhvlərin araşdırılması və aradan qaldırılmasını təmin edir. Şikayətləri və qısnama iddiaları (məxfiliyi qorumaq şərtilə) kimi hər hansı bir iş münasibəti məsəllələrini həll edir;
  • İşçilərin iş qrafiki və növbələri, iş vaxtından artıq iş və s. üzərində dəstək və nəzarəti təmin etmək;
  • İşçilər üçün əmək haqqı kartlarının sifarişi;
  • İR sənədlərinin və qeydlərinin bütövlüyünün və məxfiliyinin qorunması;
  • Baş ofis ilə regionlarda yerləşən ofislər arasında İR kağız axınının (davamiyyətlər, tabellər, əmrlər, xəstəlik vərəqələri, ərizələr və s.) düzgün və vaxtında idarə olunmasını təmin etmək; 
  • Dövlət orqanlarına hesabatları təqdim etmək (statistika, DSMF və s.); 
  • Məzuniyyət cədvəlini nəzarətdə saxlamaq (excel and 1C) və sənədləşdirilməsini təmin etmək; 
  • İş vaxtı və davamiyyət qrafiklərinin izlənməsi (gündəlik/ həftəlik/ aylıq); 
  • Əmək məcəlləsinin tələblərinə, daxili siyasət və prosedurlarına uyğun olaraq, tələb olunan bütün sənədlərin müvafiq qaydada toplanmasını və sənədləşdirilməsini təmin etmək üçün İRİ sənədlərin və qeydlərin dövri yoxlamalarını (rüblük) həyata keçirmək; 
  • İRİ məlumat bazasından (İRİ əsas master faylı və digər İRİ izləmə sistemləri) istifadə etmək, işçilərin məlumatlarını nəzərdən keçirtmək, daxil etmək, yeniləmək və davamlı izləmək; 
  • Sağlamlıq və həyat sığortası proqramlarını (icbari və şirkət sığortası) idarə etmək, işçilər və sığorta şirkətləri arasında əlaqəni təmin etmək; 
  • İRİ hesabatlarını hazırlamaq və təqdim etmək; 
  • Təyin edilmiş digər öhdəlikləri yerinə yetirmək.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri, regionlara işgüzar səfərlər
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
  • Əlavə: Mobil telefon və korporativ nömrə

Vakansiyaya müraciət üçün CV-ləri “İnsan Resursları üzrə aparıcı mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

İşəgötürənin reytinqi