İşin təsviri
Vəzifə üzrə öhdəliklər:
- Mühasibat məlumatlarının monitorinqi və təhlili, ümumi mühasibat strategiyasını həyata keçirmək və nəzarət etmək;
- Mövcud təcrübə və prosedurları qiymətləndirmək, sistem və prosedurları təkmilləşdirmək və düzəldici tədbirlərə başlamaq üçün müvafiq mühasibat metodlarını, siyasətlərini və prinsiplərini yaratmaq və tətbiq etmək;
- Rüblük və il sonu maliyyə nəzarəti fəaliyyətlərinə və illik korporativ maliyyə nəzarəti auditinə kömək;
- Mühasibat uçotunun BMHS-a uyğunluğuna nəzarət prosedurlarını həyata keçirmək, habelə hesabat hazırlamaq üçün müxtəlif şöbələr üzrə hesabat tapşırıqları və son tarixləri müəyyənləşdirmək və icrasına nəzarət etmək;
- Əməliyyat və analitik hesabatların aparılmasına kömək etmək və proqnozlaşdırılan büdcə xərclərini faktiki xərclərlə müqayisə etmək və proqnozlaşdırılan əməliyyat fəaliyyətini faktiki nəticələrlə müqayisə etmək üçün dövri hesabatlar hazırlamaq;
- Maliyyə hesabatlarının dəqiq və vaxtında hazırlanmasına kömək etmək, aylıq maliyyə hesabatları və illik büdcələr, proqnozları hazırlamaq;
- Ödənişlərin icra prosesinə nəzarət etmək;
- Verilən digər tapşırıqları vaxtında və dəqiq icra etmək.
Namizədə Tələblər:
- Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə üzrə təhsil);
- Minimum 3 il Mühasibat, maliyyə, audit sahəsində təcrübə;
- ACCA F2, F3, F7 sertifikatların olması üstünlükdür;
- Vergi Məcəlləsi üzrə biliklər, Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər, vaxt idarəetmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), güclü problem həll etmə və komanda da işləmək qabiliyyətləri, güclü təşkilati bacarıqlar;
- MS office proqramlarını, 1C yüksək səviyyədə bilməli;
- Azərbaycan və ingilis dili səlis, rus dili arzuolunandır;
- İstehsalat sahəsində təcrübə arzuolunandır.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.
Vakansiyaya müraciət üçün CV-ləri “Büdcə və hesabatlılıq üzrə aparıcı mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.