Maliyyə hesabatlılığı şöbəsinin Aparıcı və Böyük mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin periodik əsaslarda təqdim olunan Maliyyə Hesabatlarının hazırlanmasını təmin etmək; 
  • Cəmiyyətin xarici auditorları tərəfindən yoxlanılan və BMHS əsasında təqdim olunan Maliyyə Hesabatlarının hazırlanmasını təmin etmək; 
  • Cəmiyyətin İdarəetmə Hesabatlığı kriteriyaları əsasında hesabatların hazırlanmasını və təhlilini təmin etmək; 
  • Cəmiyyətin maliyyə və əməliyyat əmsallarının təhlilini təqdim etmək; 
  • Cəmiyyətin uzunmüddətli biznes inkişafı və idarə edilməsi üzrə proqnozları hazır etmək; Potensial pul axını problemlərini müəyyənləşdirmək üçün likvidlik analizini aparmaq və ortaya çıxa biləcək problemlərin aradan qaldırılması yollarının təhlil etmək; 
  • Mövcud hesabat portfelinin təmin edilməsi və gələcək inkişafı üçün təkliflər vermək; Səmərəliliyin, proseslərin və məlumatların keyfiyyətinin artırılması yollarını axtarmaq, təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsinə nəzarət etmək; 
  • Bütün hesabatların müəyyən edilən müddətlərə uyğun olaraq hazır olmasını təmin etmək üçün hesabat cədvəllərinin mütəmadi olaraq yenilənməsini təmin etmək; 
  • Şirkətin bütün fəaliyyət sahələrində cari xərclərin azaldılması üzrə təhlillərdə iştirak etmək; Əməliyyat və maliyyə nəticələrini araşdırmaq və təkmilləşdirməyə dair tövsiyələr vermək; 
  • Gəlir və xərclərin təhlilini aparmaq; 
  • Bir sıra variantlardan istifadə etməklə biznesin gələcək şəraiti ilə bağlı proqnozlar vermək; Elektron cədvəllərdən istifadə etməklə maliyyə modellərini tərtib etmək; 
  • Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlamaq və nəticələri yuxarı rəhbərliyə bildirmək.

Tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibatlıq);
  • Maliyyə sahəsi üzrə ən azı 3 il iş təcrübəsi;
  • Yazı səviyyəsini əla səviyyədə və danışığı orta səviyyədə ingilis dili biliyi;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
  • Yerli qanunvericilik və IFRS sahələrində praktiki və ya nəzəri biliklər;
  • Maliyyə hesabatlarının hazırlanması prosesində Excel üzərində Macrosların yazılması və hesabatların avtomatlaşdırılması;
  • ACCA, CFA üzrə sertifikatlı namizədlərə və Big Four Audit şirkətlərində çalışanlara üstünlük verilir.