İnsan resursları üzrə mütəxəssis

  • Nurgun Holding
  • Elanın qoyulma tarixi: 14.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
  • Elektron Hökumət Portalında işə qəbul, işdən azad və vəzifə dəyişikliyinin edilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
  • Müvafiq proqramda işçilərin məlumatlarının uçotu, dəyişdirilməsi və müxtəlif növ əmrlərin hazırlanması;
  • İşçilərin məzuniyyət, ezamiyyə, icazə sənədlərinin, xəstəlik vərəqələri üzrə sənədlərin, protokolların hazırlanması;

Tələblər:

  • Təhsil: Bakalavr – (Biznesin idarəedilməsi, İqtisadiyyat, İnsan Resurslarının idarəedilməsi)
  • Müvafiq sahə üzrə iş təcrübəsi: 1-2 il
  • AR Əmək Məcəlləsini əla səviyyədə bilmək;
  • ƏMAS portalında işləmək bacarığı;
  • MS Office (Excell, Word, Power Point) kompüter proqramlarını yaxşı səviyyədə bilmək;
  • 1C proqramı üzrə biliklər arzuolunandır;
  • Yüksək ünsiyyət qurmaq bacarıqları;
  • Operativ işləmə bacarığı;

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "İnsan resursları üzrə mütəxəssis" yazmaqla ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi