Telefonla satış üzrə mütəxəssis

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 31.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Deadline: 10.08.2023

Vəzi̇fə öhdəli̇kləri̇:

  • Şirkətin məhsullarını/xidmətlərini tanıtmaq üçün təqdim olunmuş potensial müştərilərin məlumat bazası, o cümlədən marketinqdən ötürülən "isti potensial" əsasında zənglərin həyata keçirilməsi.
  • Telefon zəngləri vasitəsilə aktiv axtarış və yeni müştərilərin cəlb edilməsi.
  • Müştərilərə təklif olunan məhsullar/xidmətlər, onların xüsusiyyətləri, üstünlükləri və satınalma şərtləri barədə məsləhətlərin verilməsi. 
  • Müştərilərlə etibarlı münasibətlərin qurulması, onların ehtiyac və gözləntilərinin müəyyən edilməsi.
  • Potensial müştərilərə kommersiya təkliflərinin/təqdimatların və digər tanıtım materiallarının göndərilməsi, eləcə də onların statusu və nəticələrinin izlənilməsi. 
  • Müştərilərin etirazları və imtinaları ilə məşğul olmaq, onların aradan qaldırılması və uğurlu sövdələşmələrin bağlanması məqsədilə işlərin aparılması. 
  • Müştərilərin məlumat bazasının doldurulması və saxlanması, eləcə də bütün vacib kommunikasiyaların və hadisələrin sənədləşdirilməsi. 
  • Fəaliyyət üzrə, məqsəd və vəzifələrə nail olunması üzrə nəticələrin təhlili və hesabatı. Müştəri narazılığı ilə bağlı hesabatların tərtib edilməsi və təqdim edilməsi.
  • Müəyyən edilmiş müştəri xidmətlərinin keyfiyyət standartlarına riayət edilməsi və hədəflənən fəaliyyət göstəricilərinə nail olunması.
  • Xidmətlərin təşviqi və/və ya şirkət xidmətlərinin göstərilməsi üzrə müştərilərlə telefon danışıqları ilə bağlı rəhbər tərəfindən hər hansı digər tapşırıqların yerinə yetirilməsi.  

İş tələbləri̇ :

  • Ali Təhsil;
  • Telefonla satış sahəsində təcrübənin olması arzuolunandır. ;
  • Dil bilikləri: Rus (əla), Azərbaycan (əla),  İngilis (arzu olunandır);
  • Əla ünsiyyət və danışıqlar aparama qabiliyyəti.
  • Etirazlarla işləmək və satış prosesində çətinlikləri aradan qaldırmaq bacarığı
  • Verilənlər bazası ilə və məxfi məlumatlarla işləmək bacarığı
  • Bütün satış proseslərinin sənədləşdirilməsində təşkilatçılıq qabiliyyəti və cavabdehlik.
  • Komandada işləmək və şirkətin ümumi məqsədlərinə nail olmaq istəyi.
  • Satış sahəsində özünü inkişaf etdirmək və peşəkar bacarıqları artırmaq istəyi                                                                                   

İş şəraiti:

  • 5 günlük iş həftəsi, istirahət günü həftədə 2 gün;
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;

Qeyd olunan tələblərə uyğun namizədlər şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Telefonla satış üzrə mütəxəssis” qeyd etməklə ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi