Data analitik

İşin təsviri

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Riyaziyyat,Komputer elmləri, Maliyyə);
  • İş təcrübəsi:Data analitika, Biznes analitikası, texniki tapşırıq və biznes proseslərin təhlili əsasında proqram təminatlarının hazırlanması, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Region ölkələrinin dəmiryolları haqqında məlumat;
  • Logistika sahəsində makroiqtisadi göstəricilər barədə məlumatlı olmaq;
  • Araşdırma bacarığı;
  • Analitik alətlərlə işləmə bacarığı;
  • Microsoft Office Programları, R/Python və Power BI-da işləmə bacarığı;
  • Böyük məlumat bazaları ilə işləmə bacarığı;
  • Təqdimat və hesabatların hazırlanmasına dair biliklər;
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;

Vəzifə öhdəlikləri:

  • Datanın emalı və strukturlaşdırılması;
  • Məlumatların müntəzəm yenilənmə prosesinin icrası;
  • Statistik və analitik hesabatların hazırlanması;
  • Biznes problemlərə cavab verə bilən senaryo planlamaları, vizual hesabatların və modellərin hazırlanması;
  • Maşın öyrənməsi alqoritmləri ilə proqnozlaşdırma modellərinin hazırlanması.

Əmək şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, şənbə və bazar istirahət günləri;
  • Təminatlar: “Push30” platformasına korporativ üzvlük, “Paşa Həyat”-dan həyatın yaşam sığortası və nahar təminatı;
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

Uyğun namizədlər CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.

QEYD: CV göndərilərkən müraciət edilən vakansiyaya uyğun başlıq mütləq qeyd olunmalıdır.