Qrafik Dizayner

İşin təsviri

Məkan: Bakı şəhəri, Pişəvəri 110

İş növü: həftə içi 5 gün – 10:00 – 18:00, şənbə günü – 10:00 – 13:00 

Əməkhaqqı – 800 – 1000 AZN

Biz Bioloji Təbabət Klinikası olaraq, ölkənin 4 regionunda (Bakı, Sumqayıt, Göyçay və Masallı) innovativ səhiyyə xidmətləri göstərən və cəmiyyətə xidmət edən səhiyyə təşkilatıyıq. Klinikamıza müraciət edən pasiyentlər üçün ən yaxşı tibbi xidməti təmin etmək üçün hər zaman keyfiyyətli və effektiv ünsiyyət vasitələrinə ehtiyacımız var. Buna görə də komandamıza dinamik və istedadlı Qrafik Dizayner axtarışındayıq.

Qrafik Dizayner olaraq sizin vəzifəniz xəstəxanamızın vizual identifikasiyası formalaşdırmaq, reklam materialları və rəqəmsal platformalarda yayımlanacaq materialları hazırlamaqdır. Eyni zamanda, siz tibbi hesabatlar, təqdimatlar və digər sənədlər üçün qrafik əsaslı məzmun yaradacaq və vizual dizayn bacarıqlarınızdan istifadə edərək klinikanın tanıtımında fəal rol oynayacaqsınız.

Müraciət edənlərdən tələblərimiz:

  • Qrafik dizayn və ya əlaqəli sahədə bakalavr təhsili və ya sertifikatı
  • Ən azı 2 il peşəkar qrafik dizayn təcrübəsi,
  • Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign, Premiere Pro və s.) və digər dizayn alətlərindən istifadə bacarığı,
  • Rəqəmsal media, çap materialları və sadə video edit sahəsində təcrübə,
  • Yaradıcı perspektivə sahib olmaq və yeni tendensiyaları izləmək,
  • Yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və komanda işinə uyğunlaşa bilmək,
  • Sürətli düşünmə, problem həlletmə və vaxtı idarə etmə bacarıqlarına sahib olmaq.

Komandamıza qoşulmaq üçün:

Komandamıza qoşulmaq üçün CV və portfolionuzu mail adresinə, “Qrafik Dizayner” başlığı ilə yönləndirməyiniz mütləqdir.  Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Müraciətləriniz üçün öncədən təşəkkür edirik.

Bioloji Təbabət Klinikası tərəfindən digər vakansiyalar