CRM (müştərilərlə əlaqələr üzrə mütəxəssis)

İşin təsviri

İşin təsviri:

  • Müştəri kateqoriyalarının yaradılması, onlara uyğun olaraq bonus, kampaniya və xüsusi şərtlərin təklif edilməsi;
  • Müştərilərin ad günlərində zənglərin edilməsi, kampaniya və endirim barəsində məlumat verilməsi;
  • Müştəri məmnuniyyətinin ölçülməsi, statistik məlumat bazasının toplanılması, onların təhlili və seqmentasiyası istiqamətində mütəmadi işlərin aparılması;
  • İnstagram sosial şəbəkəsi üzrə komment və direktlərin cavablandırılması;
  • İnstagram storilərin paylaşılması;
  • Korporativ nömrədən statusların paylaşılması;
  • İnstagram üzrə online satışın mağazaya yönləndirilməsi;

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi. Həftədə 1 gün istirahət.
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Karyera yüksəlişi imkanı;
  • İcra etdiyi işə görə bonuslar (%)
  • Əmək haqqı : minimum 400 AZN
  • İş yeri: Azure Business Center

Namizədə tələblər:

  • Ali təhsilli;
  • Azərbaycan və Rus dililərini səlis bilməli;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli;

Maraqlanan namizədlərdən CV-lərini “CRM” başlığı qeyd edərək mail adresinə göndərməkləri xahiş olunur.