Aparıcı mühasib

  • Milk-Pro
  • Elanın qoyulma tarixi: 10.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisələr tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Mühasibat uçotu məlumatlarına dair şirkətilərin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində iştirak;
  • Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi;
  • Kontragentlərlə sənədləşmələrin nizamlanması;
  • İşçilərin əmək haqlarının və digər ödənişlərinin hesablanması, gündəlik kassa əməliyyatlarının qeydiyyatı, online bank əməliyyatlarının icra edilməsi;
  • AR əmək məcəlləsinə uyğun sənədləşmə və müqavilələrin tərtib olunması, həmçinin E-Qaimə və fakturalarının hazırlanması, yazılması və təqdim edilməsi;
  • Uçot sisteminin, təqdim olunan hesabatların avtomatlaşmasının təmin edilməsi;
  • Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək və Şirkətilərin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq.

Tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə üstün biliklər;
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • ACCA (F3,F7) sertifikatlarının olması üstünlükdür;
  • MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilməli.

İş barədə məlumat:

  • Həftədə 6 iş günü (bazar ertəsi - cümə, şənbə qısa iş günü)
  • İş saatları 09:00-17:00
  • Əməkhaqqı 1200-1500 azn (Namizədə uyğun olaraq)
  • Ünvan Hövsan qəs.

Maraqlanan şəxsər, CV-nizi başlığı ilə göndərin!