İşin təsviri
Öhdəliklər:
- Müəssisələr tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabatlarında düzgün əks etdirilməsi;
- Mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Mühasibat uçotu məlumatlarına dair şirkətilərin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində iştirak;
- Dövlət orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasının, hesabatların təqdim edilməsinin təmin edilməsi;
- Kontragentlərlə sənədləşmələrin nizamlanması;
- İşçilərin əmək haqlarının və digər ödənişlərinin hesablanması, gündəlik kassa əməliyyatlarının qeydiyyatı, online bank əməliyyatlarının icra edilməsi;
- AR əmək məcəlləsinə uyğun sənədləşmə və müqavilələrin tərtib olunması, həmçinin E-Qaimə və fakturalarının hazırlanması, yazılması və təqdim edilməsi;
- Uçot sisteminin, təqdim olunan hesabatların avtomatlaşmasının təmin edilməsi;
- Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək və Şirkətilərin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq.
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Debitor və kreditorların izlənilməsi və ay bitdikdən sonra üzləşmə aktının tərtib olunması;
- Mal-materialların uçotunun aparılması, silinməsi və aktlaşdırılması;
- Əsas vəsaitlərin uçotunun aparılması, inventarizasiyası;
Tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə üstün biliklər;
- Mühasibatlıqda iş təcrübəsi 5 ildən yuxarı;
- 1C (8.3, 7.7) proqramını yüksək səviyyədə bilmək;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
- ACCA (F3,F7) sertifikatlarının olması üstünlükdür;
- MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilməli;
Ünvan:Hövsan qəs.
Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcəkdir.
İş rejimi: 6 günlük (bazar ertəsi 09:00-17:00, şənbə 10:00-16:00)
Nahar şirkət tərəfindən verilir.
Avtomobilin olması üstünlükdür.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Aparıcı mühasib” qeyd edərək göndərsinlər.