Satış meneceri (süd və süd məhsulları)

  • Milk-Pro
  • Elanın qoyulma tarixi: 08.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • İqtisadiyyat / Maliyyə / Kommersiya / Marketinq sahələrində ali təhsil
  • Qida satışında ən azı 5 il iş tərcübəsi (süd məhsulları sahəsində təcrübə üstünlükdür)
  • MS Office baza bilikləri
  • Xarici dil bilikləri
  • Təşəbbüskarlıq, ünsiyyət qurmaq, inandırmaq qabiliyyəti, səlist kommunikasiya, təqdimat bacarığı olmalıdır
  • Təşəbbüskarlıq qabiliyyəti olmalıdır

Vəzifə Öhdəlikləri:

  • Süd məhsulların satışının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi.
  • Rəqib fəaliyyətləri haqqında məlumatların toplanılması, təhlili və dövri olaraq hesabatların hazırlanması.
  • Mövcud portfelin təhlili və bazarın tələbatına uyğun yeni məhsullar üzrə təkliflərin verilməsi.
  • Dövri olaraq satış üzrə KPİ-ların hazırlanması və icra edilməsi
  • Potensial müştərilərlə ünsiyyətin qurulması, nümunələrin çatdırılması, digər satışöncəsi tədbirlərin görülməsi
  • Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll edilməsi.  
  • Müştərilər üzrə aylara görə müqayisəli satış hesabatlarının hazırlanması və analiz edilməsi.
  • Satışların artması və ya azalması halında analizlər edilərək lazımi tədbirlərin görülməsi.  
  • Müxtəlif marketinq tədbirlərinin təşkili və keçirilməsini (reklam kampaniyaları, təqdimatlar) təmin etməli, sənaye sərgilərində iştirak etməli.

İş qrafiki: həftə içi 6 gün (40 saat)

Ünvan: Suraxanı ray., Hövsan qəs.

Əmək haqqı:  Müsahibə əsasında müəyyən ediləcəkdir. (+ bonus, KPİ)

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış meneceri” qeyd edərək e-mail ünvanına göndərə bilərlər.

Milk-Pro tərəfindən digər vakansiyalar