İşə qəbul, Öyrənmə və İnkişaf Bölməsinin Müdiri

  • Company
  • Elanın qoyulma tarixi: 16.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşə qəbul siyasəti və prosedurlarına əməl olunmasını təmin edərək, vəzifələrin səmərəli və effektiv şəkildə doldurulmasını icra etmək;
  • Onlayn kanallar (məsələn, sosial platformalar və peşəkar şəbəkələr) vasitəsilə potensial namizədlərin axtarışını aparmaq;
  • Müsahibə, seçim, qiymətləndirmə proseslərini planlaşdırmaq;
  • İşə qəbul prosesi ilə bağlı həftəlik və aylıq hesabatları tərtib edib, rəhbərliyə təqdim etmək;
  • İşgücü planlamanın təşkili, iş analizlərinin keçirilməsi;
  • İşə qəbul agentlikləri ilə əməkdaşlıq edərək və dövri karyera yarmarkalarında iştirak etmək;
  • Biznesin ehtiyaclarına və prioritetlərinə uyğun olaraq effektiv öyrənmə və inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi ilə şirkətə məqsədlərinə çatmasında kömək etmək;
  • Öyrənmə və inkişafla bağlı cari biznes məsələləri və imkanları haqqında güclü anlayış əldə etmək üçün bizneslə güclü tərəfdaşlıq qurmaq;
  • İşçilərin öz funksiyalarını uğurla yerinə yetirmək üçün lazımi biliklərə malik olmasını təmin etmək üçün təşkilatın ehtiyac təhlilinin aparılması və təlim planlarının yaradılması;
  • Şirkət daxilində müxtəlif təlim metodlarının həyata keçirilməsi, məsələn, kouçinq, job-shadowing٫ onlayn təlimlər;
  • Davamlı təkmilləşdirməyə yönəlmiş layihələrin müəyyən edilməsi və idarə olunması;
  • Öyrənmə və İnkişaf ilə bağlı aylıq hesabatları tərtib edib, rəhbərliyə təqdim etmək.

Tələblər:

  • İş təcrübəsi: İşə qəbul və təlim sahəsində minimum 5 il
  • Təhsil: Sosial elmlər üzrə minimum bakalavr dərəcəsi (İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Psixologiya, Sosiologiya və s.)
  • Yaş həddi: 28-35
  • Təhlil etmə və planlama üsullarını;
  • İş elanlarının effektiv təbliğat üsullarını və namizədlərin cəlb edilməsi metodlarını;
  • Namizədlərin səriştəliklərinin qiymətləndirilməsi üsullarını;
  • İşə qəbula dair hədəflərin müəyyən olunması və ölçülməsi yollarını; 
  • İşə qəbul ilə əlaqədar müasir trend və yanaşmaları;
  • İş analizi metodları və keçirilmə qaydaları;
  • Azərbaycan Respublikası Əmək qanunvericiliyinin əsaslarını;
  • Təlim və inkişafın effektiv üsulları haqqında müasir biliklər;
  • Online təlim platformaları haqda məlumat;
  • Layihələrin idarə edilməsi və büdcə tərtibi sahəsində təcrübəyə malik olma;
  • MS Office və təlim idarəetmə sistemləri üzrə peşəkar biliklər;
  • İşçilər və xarici tərəfdaşlarla əlaqələr qurmaq bacarığı;
  • Təlim və proqram təminatı sahəsində ən son tendensiyaları yaxşı bilmək.

Təminatlar:

  • Nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Mobil nömrə və telefon limiti;
  • 5 günlük iş qrafiki.

Əmək haqqı: 2000 AZN

Elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İşə qəbul, Öyrənmə və İnkişaf Bölməsinin müdiri” yazmaqla CV göndərərək müraciət edilir.