Mikro kreditlər üzrə mütəxəssis

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 13.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər: 

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik.

İşin təsviri:

  • Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasının təmin edilməsi;
  • Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılmasının təmin edilməsi;
  • Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
  • Keyfiyyətli kredit portfelinin formalaşdırılması və portfelin idarə edilməsi;
  • Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;
  • Ümumi fəaliyyətə dair hesabatların hazırlanması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.