Məhsul tanıtım mütəxəssisi

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Şirkət üzrə ticari malların sistemə tanıdılması, Şirkət tərəfindən müəyyən edilmiş aktiv məhsul siyahısının sistemə işlənməsi, Məhsulun adının sistemdə dəyişdirilməsi
  • Aktiv-passiv əməliyyatlarının icrası
  • Sistemə tanıdılması üçün təqdim edilmiş məhsulun kateqoriya bağlılığının düzgünlüyünün yoxlanılması
  • Barkodun firmalara əlavə edilməsi, silinməsi, siyahı şəklində aidiyyəti bölmələrə göndərilməsi
  • Malın logistik məlumatının sistemə qeyd edilməsi
  • Endirimli və xüsusi kvalifikasiyalı malların sistemə əlavə edilməsi
  • Yeni yaradılmış məhsul kateqoriyalarının sistemə işlənilməsi
  • Sistemdə məhsul kartında malın tədarükçüsündə problem yarandıqda araşdırılması və problemlərin aradan qaldırılması
  • Tədarükçülərlə bağlanmış məhsulun müqavilə şərtlərinin sistemə işlənməsi
  • Şirkətin müvafiq qurumlarının müraciəti əsasında daxil olan məlumatların (ticari malın barkodu, tədarükçü barədə məlumatlar, məhsulun qabarit ölçüləri və s.) ticari mal məlumatları ilə eyni olub-olmamasının yoxlanılması
  • Lazım olduğunda aidiyyatı qurumların müraciəti əsasında məhsul məlumatlarında uyğun dəyişiklərin edilməsi
  • Günlük,həftəlik,aylıq raporların hazırlanması
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirilməsi

Namizədə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə ən az 6 ay iş təcrübəsi
  • Xarici dil biliyi: İngilis dili və Rus dili arzuolunandır
  • MS Excel biliyi : Yaxşı səviyyədə
  • Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Məhsul tanıtım mütəxəssisi” qeyd edərək mail ünvanına yönləndirə bilərlər.