İnsan resursları üzrə mütəxəssis (Salyan)

İşin təsviri

Təsvir:

  • İşə qəbul olunan işçilərdən qanunvericiliyə uyğun olaraq tələb olunan sənədlərin alınması;
  • İşçilərin şəxsi işlərinin forlamaşdırılması;
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun olaraq işçilərin işə qəbulu, vəzifə və əməkhaqqı dəyişikliyi, işdən azad edilmə və s. proseslərinin rəsmiləşdirilməsi;
  • İşçilərin iş vaxtı rejimi dəyişikliklərinin rəsmiləşdirilməsi;
  • İş vaxtının uçotu cədvəllərinin hazırlanması;    
  • Ezamiyyətlərlə bağlı əmrlərin hazırlanması;
  • İşçilərin məzuniyyət qrafiklərinin hazırlanması, məzuniyyət əmrlərinin hazırlanması, məzuniyyətlərin uçotunun aparılması;
  • İlk dəfə işə qəbul olunan işçilər üçün əmək kitabçalarının açılması, işçilərin başqa işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlərin yazılması;
  • İşçilərin bank kartlarının yenilənməsinə dair müraciətləri qəbul etmək və yenilənmələri həyata keçirmək;
  • Qərar və əmrlərin sənədləşməsini təmin etmək;
  • Əmrlərin uçotunu aparmaq və reystrə işləmək;
  • İşə qəbul və vəzifə dəyişikliyi zamanı əməkdaşların vəzifə təlimatlarını hazırlamaq;
  • Sınaq müddəti (3 ay) bitmiş əməkdaşların Paşa sığortaya qeydiyyatının həyata keçirilməsi;
  • İş yerindən arayışların hazırlanması və əməkdaşlara təqdim olunması.
  • İR proseslərinin qaydalara uyğun şəkildə həyata keçirmək;
  • İş fünksiyası ilə əlaqədar olaraq müvafiq strukturlardan məlumatlar almaq;
  • Lazımi sənədləri düzgün və vaxtında hazırlamaq;
  • Üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • SƏTƏM qaydalarına əməl etmək;
  • Əmək fəaliyyətini şirkətin etik və peşəkar kodeksinə uyğun qaydada aparmaq;
  • Gizlilik tələb edən məlumatları qorumaq.

Tələblər:

  • Ali (İnsan resursları sahəsində olması üstünlükdür)
  • Müvafiq sahədə 1-3 il iş təcrübəsi
  • Sahə üzrə sertifikatları arzuolunandır
  • Azərbaycan dili səlis, ingilis və rus dili arzuolunandır
  • Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etmə bacarığı
  • Məsuliyyətli olmaq
  • Dəqiqlik və səliqəlilik

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar