İnsan resursları üzrə müdir müavini

  • Company
  • Elanın qoyulma tarixi: 03.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biz nə təklif edirik:

  • Maraqlı layihələrdə iştirak, zəngin təcrübənin qazanılması;
  • Yeni layihələrdə iştirak etməklə öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün iş şəraiti;
  • Karyeranızın qurulması üçün geniş imkanlar.

Əmək funksiyaları:   

İşəqəbul prosesini planlaşdırmaq və işəgötürməni təşkil etmək: 

  • İşçi ehtiyacını müəyyən etmək; 
  • Şərkətdə işləyən işçiləri açıq vakansiya üzrə dəyərləndirmək;
  • Uyğun namizədlərlə görüşlər aparmaq və onları dəyərləndirmək;
  • Müəssisəni tədbirlərdə təmsil edilməsini (sərgilər, yarmarkalar və s.) təmin etmək; 

İşçi qüvvəsinin fəaliyyətini planlaşdırmaq və idarə etmək: 

  • İşlə tanışlıq (orientasiya) proqramlarını hazırlanması və həyata keçirməsini təmin etmək; 
  • İnsan resurslarının idarəedilməsi üzrə strategiyaları hazırlamaq və həyata keçirmək;
  • Ehtiyat kadr potensialını planlaşdırmaq; 
  • İşçi amili ilə bağlı statistik məlumatların təhlilini təmin etmək, təkliflər hazırlamaq; 
  • Müəssisənin kadr siyasətinin formalaşdırılmasında və təkmilləşdirilməsində iştirak etmək; 
  • Əmək qanunvericiliyinin tələblərinə riayət olunmasını təmin etmək; 
  • İnsan resurslarının idarəedilməsi ilə bağlı İT ehtiyaclarının araşdırılması və proqram təminatı ilə bağlı məsələlərin həllində iştirak etmək.

İşçilərin fərdi inkişafını, təlimini və karyera yüksəlişini dəstəkləmək:

  • Şöbələrin profilinə uyğun təlim proqramlarını (ixtisasartırma daxil olmaqla) hazırlamaq; 
  • İşçilərin bilik və bacarıqlarındakı boşluqları aşkar etmək üçün müvafiq strategiyalar hazırlamaq və həyata keçirmək; 

Vəzifənin tutulması şərtləri:

  • Ali təhsil: İnsan resursları, Dövlət və ya biznes idarəçiliyi, İqtisadiyyat, İdarəetmə istiqaməti üzrə ixtisas, Hüquq, Sosial elmlər və ya digər əlaqədar sahələr;
  • İş stajı: ən azı 5 il müvafiq sahədə iş təcrübəsi və insan resurslarının idarə edilməsi üzrə ən azı 3 il rəhbərlik təcrübəsi;
  • Kompüter bilikləri: Microsoft Office;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, rus və ingilis dilləri - arzuolunandır;
  • Yeni ideyalara malik olmaq və təşəbbüsü stimullaşdırmaq qabiliyyəti;
  • Ünsiyyətqurma bacarığı;
  • Komandada işləmə bacarığı.

İş barədə məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.

CV-nizi elektron ünvanına göndərməyiniz və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur.