Partnyorlarla iş üzrə menecer

  • ITech Group
  • Elanın qoyulma tarixi: 01.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Yerli və xarici partnyorlarla işin təşkili
  • Partnyor şirkətlərlə görüşlərin keçirilməsi və danışıqların aparılması;
  • Tərəfdaş şirkətlərlə korporativ qaydalara uyğun yazışmalar;
  • Şirkətin nizamnaməsinə və tələblərinə uyğun qaydada partnyorlarla işin qurulması;
  • Yeni tərəfdaşların axtarışı və əməkdaşlığa cəlb edilməsi;
  • Partnyorlarla işin səmərəliliyinin nəzarətdə saxlanılması və vaxtaşırı hesabatların hazırlanması.
  • Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi, lazımi dəstəyin göstərilməsi, satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Partnyorlar tərəfindən müraciətlərin qəbulu və icrası;

Namizəd üçün tələblər:

  • Xanım namizəd
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • İnformasiya Texnologiyaları Sahəsində təcrübə mütləqdir;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla səviyyədə, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
  • 1C proqramı üzrə biliklər;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  • Cəlbetmə və satış bacarığı;
  • Məsuliyyətlilik, operativlik.

İş şəraiti:

  • Ölkənin qabaqçıl və aktiv inkişaf edən İT Şirkəti sayılan iTech Qrup şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
  • Qanunvericiliyə uyğun sənədləşdirmə
  • Ə/h - Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır 
  • İş qrafiki: I-V günər, saat 09:00-dan 18:00-a qədər;
  • İstirahət günü – şənbə, bazar;

Vakansiyaya müraciət üçün CV-nizi “Partnyorlarla iş üzrə menecer" mövzusu ilə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.