İşin təsviri
Öhdəliklər:
- Vergi məsələlərinin həllində birbaşa iştirak və vergi hesabatlarının təhlili;
- Büdcə-proqnoz işlərinin təşkili, şirkətin mailiyyə hesabatlılıq sisteminin təhlil və təqibi;
- Aktivlərin sayımında iştirak və təhlil;
- Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Beynəlxalq mühasibat uçotu standartları əsasında məlumatların (hesabatların) əldə edilməsini təmin etmək məqsədi ilə daxili nəzarət sistemlərinə düzəlişlərin edilməsi üçün təkliflərin verilməsi;
- Təsisçinin göstərişinə əsasən plandan kənar auditlərin aparılması, monitorinqlərin həyata keçirilməsi;
- Audit zamanı müəyyən olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planının icrasının təqib edilməsi, filiallarda (regionlarda) yoxlamaların aparılması.
- Auditin nəticələri barədə rəhbərliyə hesabatın verilməsi və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələrin təqdim edilməsi;
- Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi;
- Maliyyə hesabatlarına təsir edə biləcək hüquqi məsələlərin nəzərdən keçirilməsi və tövsiyələrin verilməsi;
- Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrinin icra olunması;
- Maliyyə hesabatlarının dəqiqliyinin və etibarlığının qiymətləndirilməsi;
- Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatların tərtib edilməsi;
- İşçilər arasında iş bölgüsünün aparılması.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat və idarəetmə ixtisas qrupu, riyaziyyat və mexanika ixtisasları üzrə ali təhsil);
- Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək;
- MS Office proqramlarını bilməli;
- Müvafiq sahədə rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi; (tikinti sahəsində iş təcrübəsi arzuolunandır)
- Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili əla səviyyədə bilməli;
- Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Maliyyə auditi rəhbəri” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.