Özəlliklər və sifariş planlama üzrə mütəxəssis

İşin təsviri

İş qrafiki: 09:00-18:00/bazar ertəsi-cümə;

Namizədə olan tələblər:

  • 3 il müvafiq sahədə iş təcrübəsi;
  • Ali təhsil;
  • Əla səviyyədə İngilis dili biliyi;
  • 1 C və MS office proqramlarında işləmə bacarığı (Excel yüksək səviyyədə bilənlərə üstünlük veriləcəkdir).

Vəzifə öhdəlikləri:  

  • Cəmiyyətin satış şöbəsi tərəfindən satılacaq avtomobillərə bazarda olan tələbini müəyyən edərək istehsalçıdan müvafiq nəqliyyat vasitələrinin sifarişini həyata keçirmək;
  • Avtomobillərin Sifariş planına uyğun olaraq aylıq sifarişini həyata keçirmək və avtomobil barədə bütün zəruri məlumatları İstehsalçının Sifariş proqramına daxil etmək;
  • Müştərinin sifariş etmək istədiyi avtomobil üzrə istəklərini nəzərə alaraq nəqliyyat vasitəsinin satış qiymətinin hesablanmasını təmin etmək;
  • Satışın artırılması məqsədilə Satış şöbəsini aidiyyatı məlumatlarla təmin etmək;
  • Sifariş verilən avtomobillərə aid sənədləri əldə etmək, avtomobilin spesifikasiyalarını, invoys dəyərini və zəruri məlumatları yoxlayaraq satış qiymətini hazırlamaq və aidiyyəti satış şöbələrinə təqdim etmək; (Buraya sifariş sistemində dəyişilən, əlavə edilən və ya istehsalçılar tərəfindən göndərilən tələblər və məlumatlar da daxildir). 
  • Sifarişi həyata keçirmək üçün elektron məktub, telefon vasitəsilə istehsalçılar ilə əlaqə yaratmaq;
  • Cəmiyyətin bütün sahələr üzrə (satış, xidmət, kadr hazırlığı, və s.) təmsil etdiyi brendlərin tələblərin uyğunluğunu yoxlamaq, təsdiq edilmiş prosedurlara uyğun audit işini təşkil etmək və nəticələr barədə istehsalçılara mütəmadi olaraq məlumat vermək;
  • İstehsalçı və şirkət tərəfindən müəyyən edilən təlimlərdə iştirak etmək.

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.