Zəmanət mütəxəssisi

İşin təsviri

Təsvir:

  • 24-48 saat ərzində zəmanət tələbnaməsini hazırlamaq və sistemə daxil etmək;
  •  Geri qaytarılan tələbnamələrin 5 gün ərzində yenidən sistemə daxil edilməsi üçün lazimi məlumatlar toplamalı və düzəlişlər etməli;
  •  Daima ödənişlərə nəzarət etməli;
  •  Zəmanətlə dəyişilən ehtiyat hissəsi istehsalçı zavod tərəfindən yoxlanış məqsədilə geri istənilərsə tez bir zamanda həmin ehtiyat hissəsini qeyd olunan ünvana göndərməli;
  •  Daima ödənilməmiş zəmanət tələbnamələrini nəzarət altında saxlamalı;
  •  Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək,çətinlik yaranarsa rəhbərliyi məlumatlandırmaq;
  •  İstehsalçının zəmanət şərtlərini və ümumi qarantiya siyasətini əla bilmək;
  •  İstehsalçının zəmanət şöbəsi ilə mütəmadi əlaqədə olmaraq zəmanət təmirlərinə qərar vermək;
  •  Ehtiyac olduqda zəmanət təmirinə qərar vermək üçün istehsalçı ilə razılaşdırmaq;
  •  Bütün zəmanət iş kartlarına nəzarət etmək.zəmanət işlərinin yerinə yetirilməsi üçün lazımi ehtiyyat hissələrinin sifarişini və vaxtında gəlişini nəzarət altında saxlamaq,zəmanət təmirlərinin gedişinə nəzarət etmək;
  •  Zəmanət sənədlərinin düzgün tərtib olunmasını,doldurulmasını və istehsalçıya çatdırılmasını yerinə yetirmək və prosessin düzgün gedişinə nəzarət etmək;
  •   İstehsalçının tələblərinə əsasən zəmanət anbarını saxlamaq;
  •   Zəmanət məslələri üzrə müştərilərə məlumat vermək;
  •  Zəmanət halları üzrə verilmiş qərara görə narazı qalan müştərilər ilə yaxından işləmək və qərarın səbəblərini bildirmək;
  •  Müştəri siyahısında olan avtomobilləri mütəmadi olaraq hər hansı servis çağırışında keçərli olmasını yoxlamaq;
  •  Rəhbərlik tərəfindən təyin olunmuş hesabatları vaxtı vaxtında təqdim etmək;
  • Xidmət mərkəzi rəhbərinə məruzə etmək.

Tələblər:

  •  Avtomobil sahəsində 2 il iş təcrübəsi ;
  •  Ali təhsil;
  •  İngilis-dili biliyi.