Xidmət Mərkəzinin Sürücüsü

İşin təsviri

Təsvir:

  • Xidmət mərkəzinin sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Cəmiyyətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək;
  • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək;
  • Xidmət mərkəzinə təmir üçün qəbul edilmiş avtomobil üzrə təmir öncəsi müvafiq işlərin görülməsini təmin etmək; (sükan və oturacaqlara xüsusi üzlüklərin çəkilməsi)
  • Təmirə qəbul olunacaq avtomobillərin üzərində olan zədələri müvafiq təhvil-təslim aktında qeyd etmək;
  • Xidmət mərkəzinin məsləhətçisinin sorğusuna əsasən avtomobilin Xidmət mərkəzinin İşə nəzarət üzrə mütəxəssisinə təhlükəsizlik qaydalarına uyğun olaraq təhvil verilməsini təmin etmək;
  • Avtomobilin təmiri bitdikdən sonra Xidmət mərkəzinin İşə nəzarət üzrə mütəxəssisin sorğusuna əsasən müştəriyə aid avtomobili təhlükəsizlik qaydalarına uyğun olaraq Cəmiyyətin ərazisində park etmək və müvafiq sənədlərin Xidmət mərkəzinin aidiyyəti məsləhətçisinə təhvil verilməsini təmin etmək;
  • Müştərilərə aid avtomobillərin Cəmiyyətin ərazisində park edilməsinə və növbə ilə təmirə qəbul edilməsinə nəzarəti həyata keçirmək.

Tələblər:

  • 3 il müvafiq sahədə iş təcrübəsi ;
  • BC kateqoriyalı sürücülük vəsiqəsi;
  • Nizam- intizamlı və kollektivdə işləmə bacarığı