Marketinq üzrə təcrübəçi mütəxəssis

İşin təsviri

Dinamik marketinq komandamıza qoşulmaq üçün motivasiyalı və həvəsli Marketinq üzrə təcrübəçi mütəxəssis axtarırıq.Təcrübəçi marketinq mütəxəssisi vakansiyasına marketinqin müxtəlif aspektləri, o cümlədən rəqəmsal marketinq, sosial medianın idarə edilməsi və bazar araşdırması üzrə praktiki təcrübə əldə etməkdə maraqlı olan şəxslər müraciət edə bilərlər. 

  • Məhsulları və xidmətləri tanıtmaq üçün marketinq strategiyalarının işlənib hazırlanmasına və həyata keçirilməsinə kömək etmək;
  • İstehlakçı ehtiyaclarını, bazar tendensiyalarını və rəqiblərin fəaliyyətlərini müəyyən etmək üçün bazar araşdırması aparmaq;
  • Rəqəmsal marketinq sahəsində işlərin icrasına dəstək olmaq;
  • Marketinq tədbirlərinin təşkili və əlaqələndirilməsinə kömək etmək;
  • Biznesin inkişafı şöbəsinə ümumi inzibati dəstək göstərmək;

Tələblər:

  • Ali təhsil (marketing ixtisasına malik şəxslərə üstünlük veriləcək);
  • İngilis-dili biliyi;
  • MS office proqramlarında işləmə bacarığı;
  • Komandada işləmək bacarığı.