Karyera üzrə mütəxəssis

İşin təsviri

Əmək funksiyası:

  • Universitetdə Məzun Platformasını yaratmaq; 
  • Universitetin məzunlarının işlə təmin edilməsinə köməklik göstərmək;
  • Universitetin tələbələrinin işlə bağlı maraq dairəsini öyrənmək üçün sorğular keçirmək, CV-lərini hazırlamaq, CV bazası yaratmaq;
  • Vakansiyaları daima izləmək, onlar haqqında məlumat almaq, şirkətlərin  HR menecerləri ilə görüş təşkil etmək və  onlarla əməkdaşlıq etmək;
  • Universitetdə karyera günlərini təşkil etmək;
  • Müxtəlif təşkilatların nümayəndələrini dəvət etmək, onların tələbələrlə görüşlərini təşkil etmək; 
  • Tələbələr üçün treyninqlər və seminarlar təşkil etmək;  
  • Məzun günlərinin  təşkilinə və keçirilməsinə köməklik göstərmək; 
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın  qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;
  • Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Bilməlidir:

  • Azərbaycan Respublikasının təhsil qanunvericiliyini; 
  • CV formalarının müasir tələblərə uyğun hazırlanmasını, tədbirlərin təşkilini, müəssisələrlə əlaqələrin qurulmasını;

Məsuliyyəti:

  • Əmək funksiyasının icrasına səhlənkar yanaşdığına və vaxtında yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır;
  • Universitetin maraqlarının, universitetdə konfidensial hesab edilən məlumatların qorunmamasına görə məsuliyyət daşıyır;

Hüquqları:

  • Departamentin işinin təşkili ilə əlaqədar təkliflər vermək;
  • Öz vəzifələrini yerinə yetirmək üçün digər struktur bölmələrdən lazımi məlumatları (kommersiya sirrini təşkil edən (konfidensial hesab edilən) məlumatlar istisna olmaqla) almaq; 
  • Departamentin fəaliyyəti ilə əlaqədar məsələlərin müzakirəsində iştirak etmək;
  • Həyatının, sağlamlığının və əməyin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq;
  • İş yeri, vəzifəsi, aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq.

Vəzifə tələbləri:

  • Təhsil pilləsi (minimum): Bakalavr
  • İxtisası: Fərq qoyulmur
  • İş təcrübəsi (minimum): 1 (bir) ildən az olmayaraq  əmək stajı
  • Dil bilikləri: Azərbaycan;  rus və  ingilis dili (arzuolunandır)
  • Kompüter bilikləri: MS ofis proqramları.

Vəzifənin tələb etdiyi səriştələr:

  • Nizam-intizam
  • Dürüstlük 
  • Məsuliyyət
  • Yenilikçilik
  • Etik davranış 
  • Nəticəyönümlülük
  • Peşəkarlıq 
  • Dəqiqlik
  • Təşəbbüskarlıq