Keyfiyyətin təminatı üzrə mütəxəssis

İşin təsviri

Əsas kvalifikasiya tələbləri:

Əsas tələblər (qısa versiyası):

  • İş təcrübəsi: 
  • Xarici dil biliyi: Akademik təhsil səviyyəsi üzrə İngilis dil biliyi (diplom, sertifikat, təcrübə)
  • İKT biliyi: Office proqramları, İnternet, Aİ

Təhsil: Ali

  • ali təhsil sistemində ən azı 5 il təcrübə; 
  • ali təhsil idarəetmə sistemində ən azı 3 il təcrübə;
  • ali təhsil sistemində 

Əlavə üstün göstəricilər:

  • Layihələrlə iş: tədqiqat, tədbiqi layihələrdə iştirak və təlimçi olaraq təcrübə 
  • Beynəlxalq təhsil startartlarına dair:

Bacarıqlar

  • Ana dili və ingilis dilində akademik yazı qabiliyyəti, akademik mühitin tələb etdiyi kommunikasiya və komanda işi bacarıqları, monitorinq və qiymətləndirmə, sorğu tipli metodlardan istifadə bacarıqları, güclü analitik düşünmə qabiliyyəti. nizamlı və düzgün zamanlama əsasında işin icrası

Əsas tələblər (Geniş fərmatda):

  • Ali təhsilli olması (İqtisadiyyat, İdarəetmə, Biznes, Sosial elmlər və ya oxşar sahələr);
  • Ən azı 2 il iş təcrübəsinin olması (təlim, tədris və təhsil və yaxud keyfiyyət təminatı sistemi sahələrində iş təcrübəsi arzuolunandır);
  • “Təhsil haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarını, təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını, Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”, ESG standartları üzrə biliklər;
  • Təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrini, qabaqcıl ölkələrdə kadrların hazırlanması sahəsində təcrübə haqqındsa biliklər;
  • Keyfiyyətin Təminatı Sisteminin İdarəedilməsi və formalaşdırılması prinsipləri və alətləri haqqında biliklər (təlimlərdə iştirak arzuolunandır);
  • Komanda şəklində işləmək qabiliyyəti;
  • Güclü analitik düşünmə qabiliyyəti;
  • Azərbaycan dilində səlis danışma/yazma, orta səviyyədə İngilis dili biliyi (min. İntermediate);
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
  • Nəzarətsiz və stress altında işləmək bacarığı;
  • Güclü analitik düşünmə qabiliyyəti;
  • Konfliktləri, problemləri həlletmə bacarığı;
  • Dinamiklik;
  • Məsuliyyətlilik;
  • Etibarlılıq, dürüstlük;
  • İnkişaf yönümlü və yeniliklərə açıq olmaq;
  • Operativlik, çeviklik;
  • Təşəbbüskarlıq;
  • Nəticəyə hədəfli olmaq.

Əsas vəzifə öhdəlikləri:

  • Keyfiyyətin Təminatı Siyasətinin hazırlanmasında iştirak etmək;
  • Keyfiyyətin təminatı və təhsil sahələrinə aid milli və beynəlxalq tələblərin icra olunmasına nəzarət etmək;
  • Təhsil müəssisəsinin Keyfiyyətin Təminatı sistemini təkmilləşdirmək və inkişaf etdirmək;
  • Keyfiyyətin təminatı sisteminin inkişaf etdirilməsi istiqamətlərinin müəyyən edilməsində iştirak etmək;
  • Keyfiyyətin təminatı prosedurlarını həyata keçirmək;
  • Daxili monitorinqlər keçirmək;
  • Monitorinqlər nəticəsində aşkar edilmiş çatışmazlıqları müvafiq sənədlərdə əks etdirmək və bu barədə birbaşa rəhbərliyə məlumat vermək;
  • Monitorinqlər nəticəsində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasını izləmək;
  • Monitorinqlər nəticəsində aşkar edilmiş çatışmazlıqları sistemləşdirmək və bu sahədə vahid məlumatlar bazasının yaradılmasnda iştirak etmək;
  • Fəaliyyət sahəsinə dair müxtəlif sorğuların hazırlanmasında, onların həyata keçirilməsində və nəticələrin cəmləşdirilərək ali təhsil müəssisəsinin rəhbərliyinin nəzərinə çatdırılmasında iştirak etmək;
  • Real dərslərdə iştirak etmək və inkişaf istiqamətinə dair rəylər hazırlayıb birbaşa rəhbərliyə təqdim etmək;
  • Mövcud yerli və beynəlxalq qanunvericilik və standartlar əsasında pedaqoji heyətin qiymətləndirilməsi meyarlarının tərtib edilməsində və bu qiymətləndirmələrin həyata keçirilməsində iştirak etmək;
  • İş axını və istehsal problemlərinin müəyyən edilməsi və həllində iştirak etmək;
  • Keyfiyyət standartlarına uyğunluğu təmin etmək üçün müntəzəm aidiyyatı tədbirlər görmək;
  • Fakültə, dekanlıq, inzibati struktur bölmələrdən daxil olmuş Keyfiyyətin Təminatı Sistemi üzrə sorğuların cavablandırılmasında iştirak etmək;
  • Təkmilləşdirilməli sahələri müəyyən edilməsində iştirak etmək;
  • Təhsil prosedurlarının/məhsullarının performansına nəzarət etmək;
  • Daxili prosedurlar və təlimatların hazırlanmasında iştirak etmək;
  • Zərurət olduğu təqdirdə, mövcud prosedurlara və təlimatlara düzəlişlər etmək;
  • Keyfiyyətin təminatı problemlərinin müəyyən edilməsində və həllində yaxından iştirak etmək;
  • Fəaliyyət istiqamətinə uyğun xüsusi formalar və hesabatlar hazırlamaq;
  • Fakültə, dekanlıq, inzibati struktur bölmələri ilə görüşlərdə iştirak etmək;
  • Rəhbərliyə görülən işlər barədə hesabatlar təqdim etmək;
  • Fəaliyyət istiqamətinə və rəhbərlik verdiyi tapşırıqlara uyğun olaraq müxtəlif vəzifələri yerinə yetirmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.