Korporativ kreditlərin təhlili şöbəsinə mütəxəssis / aparıcı / baş mütəxəssis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 24.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

  • Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
  • Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
  • Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
  • Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (Maliyyə, iqtisadi və mühasibatlıq sahələrində);
  • Maliyyə təhlili, Korporativ kredit təhlili sahəsində 1-3 il iş təcrübəsi olan;
  • CFA, FRM, ACCA üzrə biliklərə sahib olan;
  • Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi üstünlükdür;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə qabiliyyəti olan;
  • Analitik bacarıqlar, komandada işləmək, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

İşəgötürənin reytinqi